Ali-Muhammedin sirleri indd


Babanın mirasındakı bidət



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə121/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   117   118   119   120   121   122   123   124   ...   410
AliMuhemmedin sirleri

Babanın mirasındakı bidət
Bu ikisi babanın mirası barədə elmsiz, cahilanə  və etinasızcasına fərqli 
hökmlər vermələri də  təəccüb doğurur. Allahdan çəkinmədən və (günaha) 
cürətlə bilmədikləri şeyi iddia etdilər. Peyğəmbərin (s) babanın mirası haqqın-
da heç bir hökm vermədən vəfat etdiyini iddia elədilər. Heç kəs də babanın 
mirası barədə bir şey bildiyini iddia etmədi! Sonra camaat bu məsələdə onlara 
tabe olub təsdiq etdilər.
Ümmi-vələdlərin
1
 azad edilməsi bidəti
Ümmi-vələdlərin azad edilməsi də Səhhakın oğlunun dində etdiyi bi dət-
lərdəndir. Camaat onun sözünə tabe olub Peyğəmbərin (s) əmrini tərk etdilər.
Üç nəfər barəsində batil hökmlər
Onun Nəsr ibn Həccac, Bəni-Süleym tayfasından Cudə  və  İbn Vəbrəyə 
etdikləri...
2
1
 Sahibindən övlad dünyaya gətirən kölə qadın.
2
 Heç bir günahları olmadığı halda onların Mədinədən sürgün edilməsi hadisəsinə işarədir.
“Biharul-ənvar”da  (c.8, səh.286 (köhnə çapı)) nəql edilir: “Bir gün Səhhakın oğlu Mədinə 
küçələrində gəzirdi. Bir qadının evində aşiqanə bir şeir oxuduğunu eşitdi: 
Şərab içməyə bir (şəri) yol varmı ki, içim,
yaxud Nəsr ibn Həccaca bir yol varmı ki, ona qovuşum!
Ömər Nəsri gətirmələrini əmr etdi. Onu gətirdiklərində üz, göz və saç cəhətdən camaatın ən 
gözəli olduğunu gördü. Əvvəl saçlarının qırxılmasını  əmr elədi. Nəticədə onun gözəl üzü 
ay kimi parlamağa başladı. Başına  əmmamə qoymalarını  əmr etdi. Bu vaxt da gözlərinin 
gözəlliyi önə çıxdı. Səhhakın oğlu dedi: “Allaha and olsun ki, mənim yaşadığım şəhərdə qal-
mamalısan!” Nəsr dedi: “Ey möminlərin əmiri, nə üçün?” Səhhakın oğlu dedi: “Sənə dedimsə, 
elə də olmalıdır!” Onu Bəsrəyə sürgün etdi. Səhhakın oğlu bu hökmün bənzərini Nəsrin əmisi 
oğlu barədə də verdi”. İbn Sədin “Təbəqat” kitabına müraciət edə bilərsiniz (c.3; səh.385).
Cudə  məsələsinə  gəldikdə, onun səbəbsiz yerə qamçılanmasına işarə etmişdir.  İbn Sədin 
“Təbəqat” kitabında (c.3, s.285) rəvayət edilir: “Səhhakın oğlunun  əlinə  şeirlər olan bir 
məktub düşdü. Məktubun xülasəsi belə idi: “Bir nəfərə Cudədən  şikayət etmişdir. Səbəb 
isə əri səfərdə və ya itkin olan qadınların evinə gedib onlarla əlaqə yaratmağa çalışması idi. 
Səhhakın oğlu Cudəni çağırdı və ayaqlarını bağlayıb yüz qamçı vurmalarını əmr etdi. Ona 
ərləri yanlarında olmayan qadınlara yaxınlaşmağı qadağan etdi”.
İbn Vəbrənin hadisəsi barədə isə bizə mənbələrdən heç nə çatmayıb.
Bu məqamlarda Səhhakın oğlu verdiyi hökmlərə gətiriləcək işkal sabit olmayan bir məsələ 
barəsində hökm verməsidir. Nəsr ibn Həccacın yalnız üz gözəlliyi onun şəhərdən sürgün 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin