Ali-Muhammedin sirleri indd


Peyğəmbərə (s) qarşı çıxmalar və ona etirazları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə125/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   121   122   123   124   125   126   127   128   ...   410
AliMuhemmedin sirleri

2. Peyğəmbərə (s) qarşı çıxmalar və ona etirazları
Peyğəmbərin (s) Üsaməyə tabe olmağı əmr etməsinə baxmayaraq Səhhakın 
oğlu və dostu (Yaşlı səhabə) Üsamə ibn Zeydin ordusundan ayrıldılar.
5
 
Bundan daha təəccüblüsü: Allah da, insanlar da bilirlər ki, o Peyğəmbərin 
(s) kağıza (vəsiyyət) yazmasını mane oldu. Lakin etdiyi bu əməl camaatın 
nəzərində ona bir zərər yetirmədi və onun üçün nöqsan sayılmadı.
6
Ardınca dörd ay on gün də gözlədikdən sonra azaddır”. Əgər əri gəlib onun başqa bir kişi 
ilə evləndiyini görsə, qadınla mehriyyəsi arasında seçim etməkdə azaddır. Əgər mehriyyəni 
seçsə, onu ödəmək yeni ərin boynundadır. Əgər zövcəsinin geri qayıtmasını tələb etsə, qadın 
iddə saxlayıb azad olmalı və birinci ərinə qayıtmalıdır. Digər əri qadından istifadə etdiyi üçün 
qadının mehriyəsini verməlidir.
1
 Məsudi “Murucuz-zəhəb” əsərində (c.2, səh.320) qeyd edir ki, Səhhakın oğlu Mədinəyə daxil 
olan heç bir əcəmini rahat buraxmırdı.
2
 Əllamə Əmini “əl-Ğədir” kitabında (c.6, səh.171) İbn Əbu Məlikədən rəvayət edir ki, “Səhhakın 
oğlu oğurluq etmiş iraqlı bir gənc barədə belə bir məktub yazdı: “Ölçün, ölçü altı şibrə yetişsə, 
əlini kəsin”. Ölçdülər, altı şibrdən bir barmaq ucu qədər qısa gəldiyi üçün kəsmədilər”. 
3
 “əl-Ğədir” kitabına (c.6, səh.331) və bu kitabdakı 10-cu hədisə müraciət et.
4
 Fəzl ibn Şazan “əl-İzah” kitabında (səh.463) rəvayət edir ki, Səhhakın oğlu yəmənli əsir qa-
dınları müsəlmanlardan hamilə olduqları halda maliklərilə aralarındakı uşaq məsələsini həll 
etmədən azad etdi.
5
 “Biharul-ənvar”da (c.8, səh.245 (köhnə çap)) rəvayət edilir: “Peyğəmbər hicrətin 11-ci ili-
nin Səfər ayının 26-ı rumlularla döyüşə hazrılaşmağı əmr etdi. Usamə ibn Zeydi çağıraraq 
onu ordu başçısı təyin elədi və bayrağı ona verdi. Ardınca da onun ordusundan ayrılanları 
lənətlədi. Başda yaşlı səhabə və Səhhakın oğlu olmaqla bəziləri Peyğəmbərin (s) vəfat etdiyi 
gecə Mədinəyə qayıtdılar. O ikisi Səqifədə baş verəcək xilafət qəsbi üçün hazırlığa başladılar. 
Peyğəmbər (s) həmin gecə haqda buyurur: “Bu gecə Mədinəyə böyük bir şər daxil olmuşdur”.
6
 11 və 49-cu hədislərə müraciət et.


94
Suleym ibn Qeys Hilali
Həmçinin o, Səfi yyəyə  bəzi sözlər söyləmiş, buna görə Peyğəmbər (s) 
qəzəblənmiş və məlum sözləri demişdi.
1
O və yoldaşı Peyğəmbərin (s) bir nəfəri öldürməyi əmr etməsinə baxma-
yaraq onu öldürməkdən çəkinən kəslərdir. Peyğəmbər (s) onlardan sonra mənə 
əmr etdi və bəzi sözlər danışdı.
2
Peyğəmbər (s) yaşlı  səhabəyə yüksək səslə camaata bunu elan etməsini 
tapşırdı: “Kim tövhid üzrə olduğu halda Allaha qovuşsa və heç bir şeyi Ona 
şərik qoşmasa Cənnətə daxil olacaq”. Səhhakın oğlu yaşlı səhabəni bu işdən 
çəkindirdi. Yaşlı səhabə də Səhhakın oğlu sözünə itaət edib
3
 Peyğəmbərə (s) 
qarşı çıxdı və onun əmrini yerinə yetirmədi. Peyğəmbər (s) də bundan sonra bu 
barədə bəzi şeylər söylədi”.
Səhhakın oğlu və yaşlı səhabənin pislikləri sayıla bilməyəcək qədər çox-
dur. Bu pisliklər cahillərin və avam camaatın yanında onların etibarlarından 
heç nəyi azaltmadı. Hətta o ikisini atalarından, analarından və özlərindən daha 
çox sevdilər. Camaat bu ikisi nəyə görə Peyğəmbər (s) üçün qəzəblənmədikləri 
qədər qəzəblənirlər.
1
 “Biharul-ənvar”da (c.8, s.200 (köhnə çap)) İmam Muhəmməd Baqirdən (ə) nəql edilir: 
“Əbdülmüttəlibin qızı  Səfi yyənin oğlu vəfat etmişdi. Səhhakın oğlu onunla qarşılaşdı  və 
dedi: “Sırğalarını gizlət! Peyğəmbərə olan qohumluğun sənə fayda verməyəcək!” Səfi yyə ona 
dedi: “Sən mənim sırğalarımı gördün, ey zinazadə?!” Sonra Səfi yyə Peyğəmbərin (s) yanına 
gəldi və hadisəni ona danışıb ağladı. Peyğəmbər (s) çölə çıxdı və camaatın toplanması üçün 
səsləndi. Sonra buyurdu: “Nə baş verir ki, bir dəstə adam mənimlə qohumluğun faydasız 
olduğunu zənn edir?!...” Buna bənzər sözlərlə “Məcməuz-zəvaid” kitabında da (c.8, səh.216) 
hədis varid olub.
2
 “əl-Ğədir” kitabında (c.7, s.216) Əbu Səid Xudridən nəql edilir: “Yaşlı səhabə Peyğəmbərin 
(s) yanına gəldi və dedi: “Ey Allahın Peyğəmbəri! Mən fi lan yerdən keçirdim. Bir gözəl gö-
rünüşlü şəxs xuşu ilə namaz qılırdı”. Peyğəmbər (s) buyurdu: “Get onu öldür!” Yaşlı səhabə 
getdi və onu eyni vəziyyətdə gördü. Öldürmək istəmədi və Peyğəmbərin (s) yanına qayıtdı. 
Peyğəmbər (s) Səhhakın oğluna dedi: “Get onu öldür!” Səhhakın oğlu də həmin adamın ya-
nına gəldi, onu yaşlı səhabənin gördüyü vəziyyətdə görüb öldürmədən geri qayıtdı və dedi: 
“Mən onu xuşu halında gördüm və öldürmək istəmədim”. Peyğəmbər (s) buyurdu: “Ey Əli! 
Get və onu öldür!” Əli (ə) getdi, amma onu tapa bilmədi. Geri qayıdıb dedi: “Ey Allahın 
Peyğəmbəri! Onu görmədim”. Peyğəmbər (s) buyurdu: “O və yoldaşları Quran oxuyurlar, 
amma oxuduqları boğazlarından aşağı keçmir. Oxun yaydan çıxdığı kimi onlar dindən çıxır-
lar və ox yaya geri dönmədiyi kimi bir daha dinə qayıtmazlar. Onları öldürün! Çünki onlar 
yaradılmışların ən pisləridirlər”. Buna oxşar bir hədis “Biharul-ənvar”da da nəql olunur (c.8, 
səh. 229 və 270 (köhnə çap)).  
3
 Səhhakın oğlu Peyğəmbərin (s) sözünü rədd etdi, yaşlı səhabə də bu məsələdə Səhhakın oğ-
luna tabe oldu. 


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin