Ali-Muhammedin sirleri indd


Seçki, təyinat yoxsa şura?



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə136/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   132   133   134   135   136   137   138   139   ...   410
AliMuhemmedin sirleri

Seçki, təyinat yoxsa şura?
Sonra  Əli (s) üzünü camaata tutub dedi: “Ümmətin qəlbində  qərar tut-
muş bu iki nəfərin bəla və  fi tnəsindən, buzov və Samirisindən Allah pak və 
münəzzəhdir. Onlar Peyğəmbərin (s) özündən sonra heç kimi xəlifə etmədiyini 
və işi şuraya həvalə etdiyini iddia və təsdiq etdilər. Onlardan bir dəstəsi dedi: 
“Peyğəmbər heç kimi xəlifə etmədi. Əksinə, belə dedi: “Allah biz Əhli-Beytdə 
xəlifəlik və peyğəmbərliyi bir yerdə cəm etməyəcək”. Halbuki Peyğəmbər (s) 
bu səksən nəfərə: “Əliyə “Möminlərin əmiri” ünvanı ilə salam verin” demiş, 
sonra da onları öz sözlərinə şahid tutmuşdu.
Təəccüblüsü budur ki, onlar bunu təsdiq etdikdən sonra Peyğəmbərin (s) 
heç kimi xəlifə təyin etmədiyini və şuranı tövsiyə etdiyini söylədilər. Ardınca 
da yaşlı səhabə barədə məşvərət keçirmədən, ona beyətin ani və düşünülməmiş 
bir iş olduğunu özləri təsdiq etdilər. Ani və düşünülməmiş işə görə günah necə 
də böyükdür!
Sonra Yaşlı səhabə Səhhakın oğlunu öz yerinə xəlifə təyin etdi və burada 
Peyğəmbərə (s) itaət edib ümməti xəlifəsiz buraxmadı. Ona bu barədə deyilənlər 
deyildi. O (Yaşlı səhabə) isə belə cavab verdi: “Muhəmməd ümmətini köhnə 
bir ayaqqabı kimi qoyub gedim? Onlara bir xəlifə təyin etmədən ayrılım?” Bu 
sözü ilə Peyğəmbərə (s) tənə vurur və qınayırdı!!!
Sonra Səhhakın oğlu üçüncü yola əl atdı. Nə Peyğəmbərin (s) “öz yerinə 
xəlifə təyin etmədi” iddiasına itaət elədi, nə də yaşlı səhabə kimi özündən sonra 
xəlifə təyin etdi. Əksinə, üçüncü bir yol uydurdu. Xilafəti altı nəfərdən ibarət 
şuraya həvalə elədi və bütün ümməti bu işdən kənarda tutdu. Bununla özünü 
avam camaata daha çox sevdirdi. Qəlblərinə fi tnə və zəlalət dolmuş o beş nəfəri 
mənə tay tutdu!
Sonra İbn Ovf Əffanın oğluna beyət etdi və ardınca digərləridə ona beyət 
elədilər. Halbuki Peyğəmbərin (s) bir neçə dəfə Əffanın oğluna nifrin etdiyini 
eşitmişdilər.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin