Ali-Muhammedin sirleri indd


Əmirəl-mömininin (ə) bəzilərinin aqibətilə bağlı sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə142/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   138   139   140   141   142   143   144   145   ...   410
AliMuhemmedin sirleri

Əmirəl-mömininin (ə) bəzilərinin aqibətilə bağlı sözləri
Sonra dedi: “Peyğəmbərlə (s) birlikdə olduğumuz zaman bizə üz tu-
tan  əziyyətlər, çətinliklər və  məşəqqətlərdə sizin bu gün etdiyiniz kimi dav-
ransaydıq Allahın dini ayağa qalxmaz və Allah İslamı izzətli etməzdi. Alla-
ha and olsun, bu etdiklərinizə görə qan, peşmançılıq və təəssüf çəkəcəksiniz. 
Sizə dediklərimi  əzbərləyin və yadda saxlayın. Pisləriniz, zinazadələriniz, 
kölələriniz, sürgünə göndərilənləriniz və münafi qləriniz sizə müsəllət olacaq 
və sizi öldürəcəklər. Allaha dua edəcəksiniz, amma qəbul edilməyəcək və tövbə 
edib qayıdana qədər bəlanı üzərinizdən götürməyəcək. Əgər tövbə edib qayıt-
sanız Allah sizi pis işlərinizdən və cahilliyinizdən xilas etdiyi kimi onların fi tnə 
və zəlalətindən də qurtaracaq.
1
 “Biharul-ənvar”da (c.20, s.228) nəql edilir: Xəndək döyüşündə Peyğəmbər (s) Səhhakın oğ-
luna Zirar ibn Xəttabla vuruşmağı əmr etdi. Zirar onunla qarşılaşınca Səhhakın oğlu bir ox 
hazırladı. Zirar dedi: “Vay sənə, ey Səhhakın oğlu! Təkbətək döyüşdə ox atırsan? Əgər mənə 
ox atsan Məkkədə tayfasından öldürmədiyim bir adam belə buraxmam”. Bu sözlərdən sonra 
Səhhakın oğlu qaçmağa başladı, Zirar ardınca düşüb mizraqla onun başına vurdu və dedi: 
“Ey Səhhakın oğlu! Bu zərbəni unutma, mən Qüreyşdən bir kəsi öldürməyəcəyimə and iç-
dim”. Səhhakın oğlu xəlifəliyə gəldiyi zamana qədər o zərbəni unutmadı və sonradan onu 
şəhərlərdən birinə vali təyin etdi”.
2
 “Əhzab” surəsi, ayə 19.
3
 Məqsəd Səhhakın oğludur. Onun barəsində hədis uydurulub ki, guya Şeytan onu gördükdə 
uzaq qaçır.
4
 Ehtimal ki, İmam (ə) bu sözü ilə Əşəsi nəzərdə tutur.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin