Ali-Muhammedin sirleri indd


İslamdan sonra da bəzilərinin bütə ibadət etməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə145/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   141   142   143   144   145   146   147   148   ...   410
AliMuhemmedin sirleri

105
İslamdan sonra da bəzilərinin bütə ibadət etməsi
Xəndək günü həmrəy olduğu və müqavilə imzaladığı dörd dostuna dedi: 
“Düşmən aşağımızdan və yuxarımızdan bizə hücum etdiyi zaman Muhəmmədi 
və yanındakıları onlara versək salamatda qalarıq”. Necə ki, Uca Allah da bu-
yurur: “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum 
etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. 
Allah barəsində də müxtəlif fi kirlərə düşmüşdünüz. Məhz onda (Xəndək sa-
vaşında) möminlər imtahana çəkilmiş (kimin həqiqi mömin, kimin müna-
fi q olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar. O zaman münafi qlər və 
qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd 
etmişdir. (Biz qələbə çala bilməyəcəyik)” -deyirdilər”.
1
  Dostu ona demişdi: 
“Xeyr! Amma böyük bütümüzü götürüb ona ibadət edərik. Bizlər  İbn  Əbu 
Kəbşənin
2
 qalib gəlməsindən amanda deyilik. Birdən qalib gəlsə, məhv ola-
rıq. Bu büt bizimlə olsun. Əgər Qüreyş qalib gəlirsə, o zaman bu bütə zahirdə 
ibadət edər, əvvəlki dinimizdən dönmədiyimizi onlara bildirərik. Əgər İbn Əbu 
Kəbşənin dövləti geri qayıtsa, gizlində bu bütə ibadət etməyə davam edərik”.
Cəbrayıl yerə enib bunu Peyğəmbərə (s) xəbər verdi. Həmçinin mən Əmr 
ibn Əbdü Vəddi öldürdükdən sonra Peyğəmbər (s) bunu bildirdi, Yaşlı səhabə və 
Səhhakın oğlunu çağırıb dedi: “Cahiliyyə dövründə neçə bütə ibadət etdiniz?” 
Dedilər: “Ya Muhəmməd! Cahiliyyə dövründə baş verənlərə görə bizi qınama”. 
Peyğəmbər (s) buyurdu: “Bəs bu gün neçə bütə ibadət etdiniz?” Dedilər: “Səni 
haqq peyğəmbər olaraq göndərənə and olsun ki, dinini aşkar qəbul etdiyimiz 
gündən bəri Allahdan başqasına ibadət etmədik”.
Peyğəmbər (s) buyurdu: “Ya Əli! Qılıncını götür, fi lan və fi lan yerə get. 
Bunların ibadət etdikləri bütü çıxar və sındır. Əgər bir kəs səninlə büt arasına 
girmək istəsə, boynunu vur!”
Hər ikisi Peyğəmbərin (s) qarşısında yerə döşənib ayaqlarına sarıldı-
lar və dedilər: “Bunun üstünü ört, Allah da səni örtsün!” Mən onlara dedim: 
“Allahın və Peyğəmbərinin qarşısında bir daha Allahdan başqasına ibadət 
etməyəcəyinizə  və heç bir şeyi Ona şərik qoşmayacağınıza zəmanət verin!” 
Bunu etməyəcəklərinə dair Peyğəmbərə (s) söz verdilər.
Gedib bütü olduğu yerdən çıxardım, üzünü və əllərini parçaladım və ayaq-
larını  sındırdım. Sonra da Peyğəmbərin yanına qayıtdım. Allaha and olsun
öldükləri ana qədər bunu onların üzlərindən oxuyurdum!
1
 “Əhzab” surəsi, ayə 10-12.
2
 Məqsəd Peyğəmbərdir (s).


106
Suleym ibn Qeys Hilali

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin