Ali-Muhəmmədin sirləri
125
Mən dedim: “Allah sənə rəhm eləsin! Əbu
Zərrin sözünü nəyə əsasən
təsdiq edirsən?”
Dedi: “Şəhadət verirəm ki, Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Yer
üzü Əbu Zərdən daha doğru danışan bir kəsi üzərində daşımamış və səma
üzərinə kölgə salmamışdır”. Mən dedim: “Ey Allahın Peyğəmbəri! Əhli-Beyt
üzvlərindən də?” Buyrudu: “Mən Əhli-Beytdən savayı, digər insanları nəzərdə
tuturam”.
Sonra Mədaində Hüzeyfə ilə görüşdüm. Oraya Kufədən gəlmişdi. Əbu
Zərrin söylədiklərini ona da dedim. Dedi: “Allah pak və münəzzəhdir. O,
Peyğəmbərə (s) aid bir sözü nəql etməkdə ən təmiz və ən doğru danışan bir
şəxsdir”.