Ali-Muhammedin sirleri indd


Saleh səhabələr arasında Səqifə gecəsi baş verənlər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə21/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   17   18   19   20   21   22   23   24   ...   410
AliMuhemmedin sirleri

Saleh səhabələr arasında Səqifə gecəsi baş verənlər 
İçimdəkilərə güclə  səbr edirdim. Gecə düşdükdə  məscidə  tərəf çıxdım. 
Ora çatdıqda Peyğəmbərin (s) Qurandan dodaqaltı oxuduqlarını xatırladım. 
Yerimdən qalxıb Bəni-Bəyazə tərəfə yollandım. Bir nəfərin minacat elədiyini 
gördüm. Onlara yaxınlaşdıqda susdular. Çevrilib getdim. Onlar məni tanıdı-
lar, lakin mən onları tanımadım. Məni çağırdılar, onlara yaxınlaşdım. Bunlar 
Miqdad, Əbu Zərr, Salman, Əmmar ibn Yasir, Ubadə ibn Samit, Hüzeyfə ibn 
Yəmani və Zübeyr ibn Əvvam idilər. Hüzeyfə dedi: “And olsun Allaha, onlar 
mənim sizə xəbər verdiklərimi edəcəklər. Vallahi, yalan söyləmirəm”.
Bir dəstə məsələni mühacir və ənsar arasında şuraya qaytarmaq istəyirlər. 
Hüzeyfə dedi: “Gəlin Ubey ibn Kəbin yanına gedək. O da mənim bildiklərimi 
bilir”.
Ubey ibn Kəbin yanına getdik, qapısını döydük. Çıxıb qapının arxasında 
dayandı və dedi: “Siz kimsiniz?”. Miqdad səsləndi. Ubey dedi: “Nə lazımdır?”. 
Miqdad dedi: “Qapını aç, buraya bizi gətirən məsələ qapı arxasında danışılası 
deyil”. Dedi: “Qapını açmayacağam. Nə üçün buraya gəldiyinizi bilirəm. Siz 
bu məsələ ilə bağlı mənim nəzərimi öyrənmək istəyirsiniz”.
Dedik: “Bəli”. Dedi: “Hüzeyfə də aranızdadır?” “Bəli” dedik. Ubey dedi: 
“Mənim sözlərim elə Hüzeyfənin sözləridir. Bütün bu baş verənlər bitmədikcə 
mən qapını heç kəsə açmayacağam. Ondan sonra olacaqlar isə bundan daha 
pisdir. Bütün şikayətlər Allahadır”.
Biz qayıtdıq. Ubey ibn Kəb isə evinə girdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin