Ali-Muhammedin sirleri indd


İblis Səqifə vasitəsilə Qədir Xum günündən intiqam aldı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə27/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   23   24   25   26   27   28   29   30   ...   410
AliMuhemmedin sirleri

İblis Səqifə vasitəsilə Qədir Xum günündən intiqam aldı
Peyğəmbər (s) mənə xəbər verdi ki, həqiqətən də İblis və əshabının başçı-
ları Qədir Xum günündə Allahın əmrilə Peyğəmbərin (s) məni təyininin şahidi 
oldular. Peyğəmbər (s) orada toplaşan camaata mənim onlara canlarından övla 
(canlarının ixtiyar sahibi) olduğumu bildirdi, bu sözlərini burada olanların bu-
rada olmayanlara çatdırılmasını istədi.
Bunu eşidən  Şeytanın  əshab başçılarından biri dedi: “Bunlar mərhəmət 
olunmuş və məsum şəxslərdir, nə sənin, nə də bizim onlara bir yol tapmamız 
mümkün deyil. Cammat da peyğəmbərlərindən sonra öz himayədarlarını  və 
imamlarını tanıdılar”. Şeytan hüznlü və məyus vəziyyətdə oradan ayrıldı.
Əmirəl-möminin Əli (ə) dedi: “Bundan sonra Peyğəmbər (s) mənə xəbər 
verdi ki, insanlar Bəni-Səidənin himayəsində bizim haqqımız və höccətimiz 
barədə mübahisə etdikdən sonra yaşli səhabəyə beyət edəcəklər. Sonra məscidə 
gəlib mənim minbərimə  çıxacaq, ona ilk beyət edən kəs yaşlı  ağsaqqal 
surətində gələn İblis olacaq. Filan, fi lan sözləri danışacaq. Sonra Şeytan ora-
dan çıxıb əshabını, şeytanları və başçılarını başına toplayacaq, onlar səcdəyə 
gedib deyəcəklər: “Ey ağamız, ey böyüyümüz, sən Adəmi cənnətdən çıxaran 
kəssən!” O isə deyəcək: “Hansı ümmət öz peyğəmbərindən sonra azmadı?! 
Xeyr!Güman edirdiniz ki, mənim onlar üzərində hakimiyyətim və onlara bir 
yolum yoxdur?! Peyğəmbərlərinin onlara itaətini  əmr etdiyi şəxsi necə  tərk 
etdiklərini, mənim onlarla nə etdiyimi görmürsünüz?! Bu, elə Allahın sözüdür: 


Ali-Muhəmmədin sirləri
25

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin