Ali-Muhəmmədin sirləri
227
edəcəkləri haqqında eşitdiklərimi unutmadım. Allah onun vasitəsilə haqsızlıq
və zülmlə dolmuş yer üzünü haqq və ədalətlə dolduracaq.
Sonra Peyğəmbər (s) buyurdu: “Mən bunları yazmağı,
məscidə getməyi,
hər kəsi çağırmağı, onlara oxumağı və onları buna şahid tutmağı istəyirdim.
Amma Uca Allah istəmədi və təqdir etdiyi şeyin olmasına hökm verdi.
Süleym deyir: “Osmanın xəlifəliyi zamanında Əbu Zərr və Miqdadla gö-
rüşdüm. İkisi də bunu mənə danışdılar. Sonra Kufə şəhərində Əli (ə), Həsən (ə)
və Hüseyn (ə) ilə görüşdüm. Onlar da gizlicə bunları mənə söylədilər. Sanki bir
ağızdan danışırmışlar
kimi nə bir hərfi əskik, nə də artıq söylədilər...”
Həmçinin onların adlarının burada aşkar çəkilməməsi hədis ravisinin İmamların (ə) adlarını
söyləməkdə təqiyyə edib, onları zalımlardan qoruması da səbəb ola bilər.