Ali-Muhammedin sirleri indd


Fatimeyi-Zəhranın (ə) şəhadəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə32/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   28   29   30   31   32   33   34   35   ...   410
AliMuhemmedin sirleri

3. Fatimeyi-Zəhranın (ə) şəhadəti
Qüreyş qəbilələrinin vəhy evinə hücumu və onu 
yandırması
İmam  Əli (ə) insanların ona qarşı  rəzilliyini və yardımı  tərk etmələrini, 
sözlərini yaşlı  səhabə üçün cəm edib onun itaətində olduqlarını, ona təzim 
etdiklərini görüb evinə qapandı.
Səhhakın oğlu yaşlı səhabəyə dedi: “Bir adam göndərib onun beyətini al-
maqdan səni çəkindirən nədir? Ondan və onunla olan dörd nəfərdən savayı 
artıq hamı sənə beyət eləyib”. Yaşlı səhabə qəlbinin dərinliklərində bar az yum-
şaq, mərhəmətli və düşüncəli adam idi. O biri isə daha çox səbirsiz, amansız və 
müstəbid idi. 
Yaşlı  səhabə dedi: “Onun yanına kimi göndərək?” Səhhakın oğlu dedi: 
“Qun fuzu  göndər, o sərt, amansız və zalım biridir. Bəni-Üdey ibn Kəb qəbi lə-
sin dən olan Tüləqadır”
1
.
Onu bir neçə nəfər yardımçı ilə Əlinin (ə) yanına göndərdilər. Əlidən (ə) 
izin istədilər, imam Əli (ə) isə izin vermədi. Qunfuz yanındakılarla o iki nəfərin 
yanına qayıtdılar. O ikisi məsciddə əyləşmiş, ətrafl arına isə camaat toplaşmış-
dı. Dedilər: “Bizə izin vermədi”. Səhhakın oğlu dedi: “Gedin, izin istəyin, izin 
verməsə iznsiz içəri daxil olun!!”
Onlar gəlib qapının qarşısında dayanıb izin istədilər. Fatimə (ə) dedi: “İzin 
verilmədən içəri daxil olmanız qadağandır”. Gələnlər geri qayıtdılar, yalnız 
lənətlənmiş Qunfuzdan başqa. Dedilər: “Fatimə fi lan, fi lan sözləri dedi və izni 
olmadan evinə girməyimizi qadağa elədi”. Səhhakın oğlu qəzəbləndi və dedi: 
“Bizim qadınla nə işimiz var?!”
1
 Tüləqa – Məkkə Peyğəmbər (s) tərəfi ndən fəth edilərkən (əsir götürülüb sonra) azad edilənlərə 
deyilir.


28
Suleym ibn Qeys Hilali
Sonra  ətrafındakı camaata səslənərək odun gətirmələrini tələb elədi. O 
özü də odun daşıyırdı. Odunları Əlinin (ə) Fatimənin (ə) və iki övladının evi-
nin  ətrafına yığdılar. Sonra yaşlı  səhabənin yoldaşı  Əli (ə) və Fatimənin (ə) 
eşidəcəyi səviyyədə uca səslə dedi: “Ey Əli, Allaha and olsun ki, əgər çıxıb 
Peyğəmbərin (s) xəlifəsinə beyət eləməsən bu evi yandıracağam!”
Fatimə  (ə) dedi: “Ey Səhhakın oğlu, bizim səninlə  nə  işimiz!” Yaşlı 
səhabənin yoldaşı dedi: “Qapını aç, yoxsa evinizi yandıracağam”. Fatimə (ə) 
dedi: “Ey Səhhakın oğlu, evimə daxil olmaqda Allahdan qorxmursanmı?!” O, 
buradan getməyəcəyini bildirdi.
Yaşlı  səhabənin yoldaşı od gətirib qapını yandırdı, qapı yanmağa başla-
dıqda onu sındırıb içəri daxil oldu. Fatimə  (ə) onu qarşılayıb qışqırdı: “Ey 
atacan, ey Rəsulullah!” Yaşlı səhabənin yoldaşı qınında olan qılıncını qaldırıb 
ona böyründən zərbə endirdi. Fatimə (ə) “Ey atacan!” deyə fəryad etdi. Yaşlı 
səhabənin yoldaşı qamçını qaldırıb onun qoluna vurdu. Xanım “Ey Rəsulallah! 
Səndən sonra o iki nəfər necə pisliklər edirlər!”. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin