Ali-Muhammedin sirleri indd


Sədin dilindən İmam Əlinin (ə) fəzilətləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə331/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   327   328   329   330   331   332   333   334   ...   410
AliMuhemmedin sirleri

Sədin dilindən İmam Əlinin (ə) fəzilətləri
Əlidə insanlardan heç kimin sahib olmadığı fəzilətlər vardı. 
O, “Bəraət” sahibidir ki, Peyğəmbər (s) belə buyurmuşdu: “Mənim adım-
dan yalnız məndən olan bir şəxs təbliğ edə bilər”.
2
Təbük qəzvəsi günü Peyğəmbər (s) ona dedi: “Sənin mənə nisbətin - 
peyğəmbərlikdən savayı – Harunun Musaya nisbəti kimidir. Çünki məndən 
sonra peyğəmbər yoxdur”.
Peyğəmbər (s) Əlinin qapısından savayı  məscidə açılan bütün qapıla-
rın bağlanmasını  əmr elədi. Ömər, göz miqdarında bir dəlik açmaq üçün 
Peyğəmbərdən (s) icazə istəməyə cəhd etsə də Peyğəmbər (s) izn vermədi. O 
zaman Həmzə, Abbas və Cəfər dedilər: “Bizim qapılarımızı bağlayıb Əlinin qa-
pısını açıq saxlayırsan?” Peyğəmbər (s) buyurdu: “Qapılarınızı bağlayıb, yalnız 
onun qapısını açıq saxlayan mən deyiləm. Onları Allah bağlayıb və onun qapı-
sını açıq saxlayır”.
Peyğəmbər (s) bütün səhabələri arasında iki-iki olmaqla qardaşlıq yaratdı. 
Əli (ə) dedi: “Bütün səhabələrin arasında qardaşlıq yaradıb, məni isə kənarda 
saxlayırsan?” Peyğəmbər (s) buyurdu: “Dünyada və axirətdə  sən mənim və 
mən də sənin qardaşınam”.
1
 Başqa nüsxədə “Üceynis”. “Təxirə salan” və “uzaq dayanan” mənasındadır.
2
 “Tövbə” surəsinin Məkkə müşriklərinə oxunması hadisəsinə işarə edir.


236
Suleym ibn Qeys Hilali

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin