248
Suleym ibn Qeys Hilali
olduğu qədər namaz qılmaqla keçirirdi. Sonra yenə mənə baş çəkir halımı so-
ruşurdu. Bu gediş-gəlişi səhərədək davam etdi. Səhər olduqda səhabələrlə sübh
namazını qıldı, sonra belə dua etdi: “İlahi, Əliyə şəfa və sağlamlıq ver, onun
ağrılarına görə mən də gecəni oyaq qalmışam”.
Bu duadan həmən sonra mən
sağaldım, sanki heç bir narahatlığım və xəstəliyim olmamışdı
1
.
Əli (ə) sözünə davam etdi: “Sonra Peyğəmbər (s) buyurdu: “Müjdələr,
ey qardaşım!” Bunu dedikdə səhabələri də yanında idi və ona qulaq asırdı-
lar. Mən dedim: “Allah sənin xeyirlərlə müjdələsin, məni sənə fəda etsin, Ya
Peyğəmbər!”
Buyurdu: “Allahdan
özüm üçün elə bir şey istəməmişəm ki,
sənin üçün də
eynisini istəməyim. Mən Rəbbimdən səninlə mənim aramda qardaşlıq yaratma-
sını istədim, bunu etdi, Ondan səni məndən sonra bütün möminlərə vəli qərar
verməsini istədim, bunu da etdi.
İki səhabədən biri yoldaşına dedi: “Bunları istəməkdə məqsədi nədir? Al-
laha
and olsun ki, bir sa` xurma istəsəydiniz, bu onun üçün daha yaxşı idi!
Allaha and olsun ki, əgər Rəbbindən ona düşmənlərinə qarşı yardım üçün bir
mələk göndərməsini, yaxud özünün və səhabələrinin faydalanacağı bir
xəzinə
göndərməsini diləsəydi (belə ki, ona ehtiyacı var) bunlardan daha xeyirli olar-
dı! Əlini haqq və ya batil
2
nəyə dəvət etsə, o da razı olur”.
Bu hədisi Muhəmməd ibn Müslim İmam Baqirdən (ə) də nəql edib.
3
1
Bu hadisə kitabın 36-cı hədisində də qeyd edilib.
2
Buradakı “batil” sözü o iki nəfərin sözüdür və onların zənnidir. Belə ki, Peyğəmbər (s) heç
vaxt batilə dəvət etməz və Əli (ə) batilə razı olmaz.
3
Bəlkə də bu, Aban ibn Əbu Əyyaşın sözüdür. O, İmam Baqirin (ə) əshabələrindən idi.