Ali-Muhammedin sirleri indd


 Əhli-Beytin (ə) başına gətiriləcək müsibətlər barədə



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə347/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   343   344   345   346   347   348   349   350   ...   410
AliMuhemmedin sirleri

2. Əhli-Beytin (ə) başına gətiriləcək müsibətlər barədə 
Peyğəmbərin (s) mübarək ömrünün sonunda verdiyi xəbər
Sonra üzünü Əliyə tutub dedi: “Ey qardaşım! Yaxın zamanda Qüreyş sizə 
qarşı çıxacaq. Sənə zülm etmək və səni məğlub etmək üçün sözü bir yerə qo-
yacaqlar.  Əgər yardımın olsa onlarla savaş,  əgər yardımın olmasa əlini dinc 
saxlayıb və canını qoru. Bil ki, şəhidlik sənin ardınca gəzir. Allah sənin qatilinə 
lənət eləsin!”
Sonra üzünü qızına çevirdi və dedi: “Sən Əhli-Beytimdən mənə qovuşacaq 
ilk  şəxssən. Cənnət qadınlarının xanımısan (seyyidəsisən). Sən məndən son-
ra zülm və  qəzəb görəcəksən. Belə ki, döyüləcəksən və sinə sümüklərindən 
biri sındırılacaq. Allah sənin qatilinə, ona əmr verənə, buna razı olana, yardım 
edənə, sənə qarşı çıxana, ərinə və oğullarına zülm edənə lənət eləsin!
Sənə gəlincə, ey Həsən! Ümmət sənə xəyanət edəcək. Əgər yardımın olsa, 
onlarla savaş. Əks təqdirdə əlini dinc saxlayıb canını qoru. Şəhidlik sənin ar-
xanca gəzir. Allah sənin qatilinə və ona yardım edənə lənət eləsin! Sənin qatilin 
zinazadə oğlu zinazadə və zinazadə nəvəsidir.  Biz elə bir Əhli-Beytik ki, Allah 
bizim üçün axirəti üstün bilmiş və dünyaya (mükafatına) razı olmamışdır”.


252
Suleym ibn Qeys Hilali
Sonra üzünü İbn Abbasa
1
 tutub belə dedi: “Onlardan on nəfəri hakimiyyəti 
ələ keçirdikdən sonra Bəni-Üməyyənin həlakı sənin övladlarının əlilə olacaq. 
Allahdan qorxsunlar, övladlarım və itrətim barədə diqqətli olsunlar. Dünya 
bizdən əvvəl heç kimə qalmadı və bizdən sonra da heç kimə qalmayacaq. Bizim 
dövlətimiz dövlətlərin sonuncusudur. Hər gün yerinə iki gün və hər il yerinə iki 
il olacaq. Yer üzü zülm və haqsızlıqla dolduğu kimi onu haqq və ədalət doldu-
racaq olan şəxs bizdən, mənim övladlarımdandır”.
1
 Ehtimal ki, burada xitab Abbasadır. Amma İbn Abbasa söyləməsində də bir müşkül yoxdur. 


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin