Ali-Muhammedin sirleri indd


Kitabda qəsbkarların dövləti barədə xəbərlər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə354/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   350   351   352   353   354   355   356   357   ...   410
AliMuhemmedin sirleri

Kitabda qəsbkarların dövləti barədə xəbərlər
Əlinin (ə) kitabdan oxuduqları arasında bunlar vardı: Əbu Bəkr, Ömər və 
Osmanın məsələsi və onlardan hər birinin nə  qədər müddətdə hakimiyyətdə 
olacaqları,  Əliyə  (ə) necə beyət olunacağı, Cəməl savaşı, Aişənin, Təlhənin 
və Zübeyrin hərəkətləri, Siffi n  savaşı  və o hadisədə kimlərin öldürüləcəyi, 
Nəhrivan savaşı  və iki hakim məsələsi, Müaviyənin səltənəti və  şiələrdən 
qətlə yetiriləcək  şəxslərin adları, camaatın Həsənə qarşı edəcəkləri, Yezid 
ibn Müaviyənin nəticədə Hüseynin qətlə yetirilməsilə bitəcək işləri. Bunları 
dinlədim, mənə oxuduğu şeylər azalıb artmadan eynilə baş verdi.


Ali-Muhəmmədin sirləri
259
Onun əlyazısını tanıyırdım və kitabda onları gördüm. Dəyişməmişdi və ya-
zılar silinməmişdi. Kitabı bağladıqda dedim: “Ey Möminlərin əmiri! Kitabın 
qalan hissəsini mənə oxumayacaqsan?” Buyurdu: “Xeyr! Amma sənə onlar-
dan danışacağam. Sənə oxumağıma mane olan şey sənin ailən və övladlarından 
görəcəklərimizdir. Onlar çirkin işlərdir. Bizi öldürəcək, düşmənçilik edəcək, pis 
bir hakimiyyət quracaq və fəlakətlər gətirən bir qüdrətə sahib olacaqlar. Bunları 
eşidib kədərlənməyini və qəmlənməyini istəmirəm. Amma sənə danışacağam.
Peyğəmbər (s) vəfatı  əsnasında  əlimi tutdu. Mənim üçün elmdən min 
qapı açdı ki, hər qapıdan da min qapı açılır. Həmin vaxt Əbu Bəkr və Ömər 
bizə baxırdılar. Çölə çıxdığımda o ikisi mənə dedilər: “Sənə nə dedi?” Mənə 
Peyğəmbərin (s) dediklərini o ikisinə izah etdim. Əllərini yellədilər və sözlərimi 
təkrar etdilər. Sonra arxalarını çevirib yenə  də sözlərimi təkrar edə-edə  və 
əllərini yelləyə-yelləyə getdilər. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin