Ali-Muhammedin sirleri indd


Xilafət barəsində Əmirəl-mömininin (ə) sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə356/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   352   353   354   355   356   357   358   359   ...   410
AliMuhemmedin sirleri

Xilafət barəsində Əmirəl-mömininin (ə) sözləri
Süleym deyir: İmam  Əli (ə) Allaha həmd və  səna etdikdən sonra dedi: 
“Peyğəmbərinin (s) vəfatından bəri bu ümmətdən nələr gördüm? Səhhakın oğlu 
və əshabı mənə qarşı yaşlı səhabəni qoydular və sonra da ona beyət etdilər. Mən 
həmin vaxt Peyğəmbərin (s) qüslu, kəfənlənməsi və dəfnilə məşğul idim. Hələ bu 
işləri başa çatdırmamışdım ki, onu beyət etdilər, mənim haqq və höccətim barədə 
ənsarla mübahisələrə başladılar. Allaha and olsun, o və ona yardım edənlər 
xəlifəliyin yaşlı səhabədən çox mənim haqqım olduğunu yəqin bilirdilər.
Onların yaşlı səhabənin ətrafında birləşib və məni tərk etdiklərini gördüyümdə 
onları Allaha and verdim və bəlkə islah olarlar deyə Fatiməni bir ulağa mindirib
iki oğlum Həsən və Hüseynin əlindən tutdum. Bədr müharibəsində iştirak edənlər, 
ənsar və mühacirlərin öndə gedənlərindən yardım istəmədiyim və köməyə çağır-
madığım bir kəs qalmadı. Haqqım barəsində onları Allaha and verdim. Dəvətimə 
cavab vermədilər və yardım etmədilər. Siz, ey Bədr müharibəsində  iştirak 
edənlərdən burada olanlar, mənim haqdan başqa bir şey söyləmədiyimi bilirsiniz!
Onlar dedilər: “Ey Möminlərin əmiri! Doğru söyləyirsən! Bu əməlimizə 
görə Allahdan bağışlanma diləyir və tövbə edirik”.


Ali-Muhəmmədin sirləri
261
Əli (ə) dedi: “Camaat cahiliyyə dövrünə yaxınlaşmışdılar. Mən isə Muhəm-
məd (s) ümmətinin parçalanmasından və sözlərinin ixtilafından qorxdum. 
Peyğəmbərin (s) mənə olan əhdini xatırladım. Çünki onların edəcəklərini mənə 
öncədən xəbər vermiş və yardım tapsam onlarla döyüşməyi, əks təqdirdə isə əl 
saxlayıb canımı qorumağı əmr etmişdi.
Sonra yaşlı səhabə (xəlifəliyi) Səhhakın oğluna qaytardı. Allaha and olsun ki, 
o, xəlifəliyin Səhhakın oğlundan çox mənim haqqım olduğunu bilirdi. Ümmətin 
parçalanmasını istəmədiyim üçün beyət etdim, dinlədim və boyun əydim.
Sonra Səhhakın oğlu məni altı  nəfərdən biri edib şuranın rəhbərliyini 
Əbdürrəhman ibn Ovfa tapşırdı. Əbdürrəhman isə Osmanla gizli görüşdü və 
özündən sonra xəlifəliyi ona verəcəyinə vəd alıb onu xəlifə etdi. Və mən yenə 
ümmətin parçalanma və ixtilafından çəkindim.
Sonra Osman İbn Ovfa xəlifəliyi vermədi. Ovfun oğlu da Osmandan uzaq-
laşdığını bildirdi, xütbə söyləyib başmağını  çıxarar kimi onun beyətini boy-
nundan çıxardı. Bir müddət sonra Ovfun oğlu öldü və onun cənazə namazına 
Osmanın buraxılmamasını  vəsiyyət etdi. Ovfun övladları onu Osmanın zə-
hərlədiyini güman etdilər.
Sonra Osman öldürüldü və camaat toplaşıb üç gün mənim haqqımda 
məşvərət apardılar. Ardınca yanıma gəldilər və öz istəklərilə, məcbur edilmədən 
mənə beyət etdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin