Ali-Muhammedin sirleri indd


Allahın Kitabında lənətlədiyi altı nəfər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə406/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   402   403   404   405   406   407   408   409   410
AliMuhemmedin sirleri

Allahın Kitabında lənətlədiyi altı nəfər
Sonra dedi: “Allah Kitabında altı  nəfəri lənətləyib: “Allahın kitabına nə 
isə artıranı, Allahın qədərini yalan sayanı, itrətim haqda Allahın haram etdiyini 
halal sayanı, sünnətimi tərk edəni, müsəlmanları parçalayıb dəstələrə böləni, 
Allahın izzət verdiyi şəxsləri zəlil, zəlil etdiyi şəxsləri izzətli eləmək üçün 
müsəlmanlara zorla müsəllət olanı”.


Ali-Muhəmmədin sirləri
305
HƏDİS 98
Şiələrin insanlar arasındakı mövqeyi
Numan ibn Muhəmməd Təmimi əl-Məğribi “Əmirəl-möminin Əlinin (ə) 
fəzilətləri” kitabında Süleym ibn Qeys Hilalidən belə nəql edir: “İmam Əliyə 
(ə) dedim: “Yaxınlarım mənimlə əlaqəni kəsirlər, amma mən hər dəfə onlarla 
yenidən sileyi-rəhm edirəm; məni məhrum qoyurlar, mən isə onlara hədiyyə 
verirəm; acı sözlər söyləyirlər, mən isə bağışlayıram; söyürlər, mən isə  əsla 
onların söyüşlərinə cavab vermirəm”.
İmam Əli (ə) buyurdu: “İnsanlardan tikansız yarpaq olacaqlarına əhd alın-
mışdı, amma (bu gün) onlar yarpağı olmayan tikandırlar (və ya tikana çevri-
liblər)”.
Dedim: “Ey Əmirəl-möminin, bəs nə edim?”
Dedi: “Fəqirlik günün üçün onlarla yaxşı rəftar et. Şiələrimiz üç qisimdir: 
bir qismi bizə  tərəf gəlir, bir qismi insanlara, bir qismi də dostlarımızı dost 
tutub, düşmənlərimizi özlərinə düşmən sayırlar. Bunlar xeyirxah övliyalar, 
hikmət sahibləri və alimlərdirlər. Xoş onların halına, qayıdacaqları yer necə də 
gözəldir!”.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin