39
HƏDİS 6
İmam Əlinin (ə) fəxr ediləcək xüsusiyyətləri
Süleym deyir ki, Əbu Zərrdən, Salmandan və Miqdaddan, sonra Əlinin (ə)
özündən belə eşitmişəm: “Bir kişi Əli ibn Əbu Taliblə (ə) fəxr etdiyini dedi.
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Bəli, qardaşım ərəbin fəxridir. Ey Əli, onla-
rın ən hörmətlisi olan əmim oğlusan, həmçinin ata və qardaş cəhədən də onların
ən möhtərəmisən, nəfs və nəsəb, zövcə, övlad və əmi baxımından da onların ən
üstünüsən, nəfs və mal baxımından ən çox zəhmətə düşən sənsən, helmi kamil,
asayiş və salamatlıqda onlardan öndə, eləcə də onların ən elmlisi sənsən.
Onların arasından Allahın kitabını ən çox oxuyan, Allahın sünnəsini ən
yaxşı bilən, çətin günlərdə qəlbi ən şücaətli olan, ən səxavətliləri, dünyaya qar-
şı ən zahidləri, səy və cihadda ən möhkəmi, ən əxlaqlısı, ən doğru danışanı,
Allaha və mənə ən çox sevimli olanısan.
Dostları ilə paylaş: |