Ali-Muhammedin sirleri indd


Həsən Bəsrinin Əlinin (ə) fəzilətləri barədə sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə52/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   48   49   50   51   52   53   54   55   ...   410
AliMuhemmedin sirleri

Həsən Bəsrinin Əlinin (ə) fəzilətləri barədə sözləri
Aban deyir: “Bu hədisi Həsən Bəsri  Əbu Zərdən nəql edir. Süleymin 
və  Əbu Zərin doğru söylədiyini bildirir. “Əli ibn Əbu Talib dində, elmdə, 
hikmətdə, fi qhdə, rəydə, yoldaşlıqda, fəzilətdə, əliaçıqlıqda, ailə cəhətdən və 
kürəkənlikdə hər kəsdən öndədir. Həmçinin savaşdakı şücaətində, mərhəmət, 
zəkat, hökm verməkdə, Peyğəmbərə (s) yaxınlıqda və İslamda ən gözəl imta-


40
Suleym ibn Qeys Hilali
hanlarda hamıdan irəlidədir. Əli hər bir işdə alidir. Allah Əliyə rəhm edib və 
salavat göndərsin”. Sonra saqqalı yaşarana qədər ağladı.
Deyir: Ona dedim: “Ey Əbu Səid! Peyğəmbərdən (s) başqasına salavat 
göndərirsən?”
Dedi: “Müsəlmanları yad etdikdə rəhmət, Muhəmməd və Ali-Muhəmmədi 
yad etdikdə isə salavat göndərirəm. Əli isə Ali-Muhəmmədin ən xeyirlisidir”.
Dedim: “Ey Əbu Səid! Həmzədən, Cəfərdən, Fatimədən, Həsən və 
Hüseyndən də?”
Dedi: “Bəli, Allaha and olsun ki, Əli onlardan daha xeyirlidir. Məgər kimsə 
onlardan xeyirli olmasına şəkk edir?” Dedim: “Nə ilə daha xeyirlidir?”
Dedi: “Əliyə əsla şirk, küfr, sənəmlərə (bütlərə) ibadət, şərab içən adı to-
xunmayıb. Əli onları İslamı qəbul etməkdə, Allahın kitabını və Peyğəmbərin 
(s) sünnəsini bilməkdə qabaqlayıb. Peyğəmbər (s) Fatiməyə buyurdu: “Səni 
ümmətimin  ən xeyirlisi ilə evləndirdim”.  Əgər ümmətin içində ondan daha 
yaxşısı olsaydı, mütləq həmin şəxsin adını çəkib istisna edərdi. Peyğəmbər (s) 
səhabələri arasında qardaşlıq əhdi bağlayarkən yalnız Əlini özünə qardaş seçdi. 
Peyğəmbər (s) özünün olduğu kimi,  qardaşı cəhətdən ümmətinin ən üstünüdür. 
Qədir Xum günü onu özünə nisbət verdi və özünə itaət edildiyi kimi onun da 
vilayətini insanların üzərinə vacib etdi: “Mən kimin mövlasıyamsa, bu Əli də 
onun mövlasıdır”. Ona dedi: “Sənin mənə olan nisbətin Harunun Musaya olan 
nisbətidir”. Nə  Əhli-Beytindən, nə  də ki, ümmətindən heç bir kəs barəsində 
belə bir söz deməyib. Əli bir çox şeylərdə öncüldür, heç kimin sahib olmayaca-
ğı xüsusiyyətlərə sahibdir.
Dedim: “Əlidən (ə) sonra bu ümmətin ən yaxşısı kimdir?”
Dedi: “Zövcəsi və iki övladı”. Dedim: “Bəs sonra?”. 
Dedi: “Sonra Cəfər ibn Əbu Talib və Həmzə. Həqiqətən də insanların ən 
xeyirliləri Kisa əhlidir ki, onlar barəsində “Təthir” ayəsi
1
 nazil olub. Həmin 
vaxt Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni özünə tərəf çəkib (ki-
sanın altında toplayaraq) “İlahi, mənim Əhli-Beytim bunlardır! Onlardan bü-
tün növ pislikləri uzaqlaşdır və onları pak-pakizə qərar ver!” deyə dua etmiş-
di. Orada olan Ümmü Sələmə demişdi: “Məni də onlarla birgə kisanın altına 
al”. Peyğəmbər (s) isə ona buyurmuşdu: “Ey Ümmü Sələmə, sən xeyirlisən 
və xeyrə doğrusan. Ancaq bu ayə mənim və bu kisanın altında olanlar barədə 
xüsusilə nazil olub”.
1
 “Əhzab” surəsi, ayə 33.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin