Ali-Muhammedin sirleri indd


HƏDİS 8 İslam və imanın mənası



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə62/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   58   59   60   61   62   63   64   65   ...   410
AliMuhemmedin sirleri

47
HƏDİS 8
İslam və imanın mənası
Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən nəql edir ki, bir nəfərin imam 
Əlidən (ə) iman barədə soruşduğunu eşitdi. Kişi dedi: “Ey Möminlərin-əmiri! 
Mənə iman haqqında elə məlumat ver ki, səndə sonra  heç kimdən bir daha 
soruşmayım”.
İmam Əli (ə) buyurdu: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlib sənin mən dən 
soruşduğunu ondan soruşdu və ardınca sənin dediyin sözləri də dedi.  Pey ğəm bər 
(s) onunla söhbətə başladı. Sonra buyurdu: “Əyləş”. Kişi dedi: “Baş üstə”.
Sonra Əli (ə) kişiyə yaxınlaşıb dedi: “Bilmirsənmi, Cəbrail Peyğəmbərin (s) 
yanına insan surətində gəlmiş və “İslam nədir?” deyə soruşmuşdu. Peyğəmbər 
(s) buyurmuşdu: “Allahdan başqa ilahın olmadığına və Muhəmmədin Al-
lahın elçisi olduğuna  şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Allah 
Evini həcc etmək, Ramazan ayında oruc tutmaq və  cənabət qüslu vermək”. 
Cəbrail demişdi: “İman nədir?” Buyurmuşdu: “Allaha, mələklərinə, kitabları-
na, peyğəmbərlərinə, ölümdən sonra həyata, bütünlüklə qədərə - xeyrə və şərə, 
şirininə və acısına iman gətirməkdir”.
Kişi ayağa qalxdıqda Peyğəmbər (ə) buyurmuşdu: “Bu Cəbrayıldır. Sizə 
dininizi öyrətmək üçün gəlmişdi”. Hər dəfə Peyğəmbər (s) ona bir söz dedikdə
o da “doğru söylədin” deyərək təsdiq edirdi. Dedi: “Qiyamət saatı nə vaxtdır?” 
Peyğəmbər (s) buyurdu: “Bu barədə soruşulan soruşandan daha artıq məlumata 
sahib deyil”. Cəbrail dedi: “Düz buyurdun”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin