88
Suleym ibn Qeys Hilali
Fatimənin və nə də Ümmü Əymənin sözünü təsdiq etmədi.
Halbuki Fədəyin
Fatiməyə məxsus olduğunu (bizim bildiyimiz kimi) o da yəqin olaraq bilirdi.
Sahib olduğu halda ondan şahid gətirməyi tələb etməsi və onu bu məsələdə
ittiham əsla caiz deyildi. Camaat onun bu işindən məmnun oldular və onu
tərifl ədilər. Dedilər: “Onu bu işi görməyə təqva və fəzilət məcbur etmişdir”.
Sonra pis işlərini gözəl göstərmək üçün sözlərindən dönüb dedilər:
“Fatimənin heç vaxt haqdan başqa bir şey söyləmədiyini düşünürük və Əli də
daim haqq olaraq şahidlik etmişdir. Əgər Ümmü Əymənlə birlikdə başqa
bir qa-
dın da şahid olsaydı Fədəyi ona verərdik”. Bununla cahillərin yanında hörmət
qazandılar. Onlar kimdirlər və kim onlara əmr edib ki, hakim olub insanlara
nəyisə verib və ya məhrum etsinlər?! Amma ümmət bu iki nəfərə mübtəla oldu.
Onlar da özlərini haqları və savadları çatmayan bir işə daxil etdilər. Fatimənin
(s.ə.) əlində olduğu halda yaşlı səhabə Fədəyi onun əlindən
almaq istədikdə
Fatimə (s.ə.) dedi: “Məgər bu (hazırda) mənim əlimdə deyil? Əlimdə olarkən
heç vəkilim də yox idi! Həmçinin Peyğəmbər (s) sağ ikən onun məhsulundan
mən istifadə etmirdimmi?! Onlar dedilər: “Bəli”. Fatimə (s.ə.) dedi: “Bəs niyə
mənim əlimdə olan bir şey üçün məndən şahid və dəlil istəyirsiniz?” Dedilər:
“Çünki müsəlmanların qənimətidir. Əgər şahid gətirsən sənə verəcəyik. Əks
halda təsdiqləməyəcəyik!”
Camaat onların ətrafında dayanıb eşitdiyi halda Fatimə (s.ə.) dedi: “Pey-
ğəm bərin (s) verdiklərini geri qaytarmaqla bu işi yalnız bizə aid edirsiniz, yox-
sa bütün müsəlmanlardan tətbiq edəcəksiniz? Ey camaat! Bu ikisinin görmək
istədiyi işi eşidin. Əgər mən müsəlmanların əlində olan malların
mənim oldu-
ğunu iddia etsəm, fi kriniz necə olar? Bu zaman məndən şahid istəyəcəksiniz,
yoxsa onlardan?” Onlar dedilər: “Əlbəttə ki, səndən istəyəcəyik”.
Fatimə (s.ə.) dedi: “Bəs müsəlmanlar mənim əlimdə olan bir şeyin onlara
məxsus
olduğunu iddia etsələr necə, onlardan dəlil və şahid istəyəcəksiniz, yox-
sa məndən?” Səhhakın oğlu bunu eşidib qəzəbli halda dedi: “Bu müsəlmanların
qəniməti və torpağıdır. Fatimənin əlindədir və onun məhsulunu yeyir. Əgər
Peyğəmbərin bu qəniməti və onun hüququnu müsəlmanların arasından yalnız
ona bağışladığına dəlil gətirsə, o zaman baxarıq!”
Fatimə (s.ə.) dedi: “Mənə yetər! Ey camaat, Allahı sizə şahid tuturam!
Peyğəmbərin (s) “Qızım Fatimə Cənnət qadınlarının seyyidəsidir” dediyini
eşitməmisiniz?! Dedilər: “Allaha
and olsun, bunu Peyğəmbərdən (s) eşitmi-
şik”. Fatimə (s.ə.) dedi: “Məgər Cənnət qadınlarının seyyidəsi yalandan iddia
irəli sürüb haqqı olmayan şeyi alarmı?! Məgər dörd nəfər mənim əxlaqsızlıq
Ali-Muhəmmədin sirləri
89
etdiyimə və ya iki nəfər oğurluq etdiyimə şahidlik etsə onların mənim əleyhimə
olan sözlərini qəbul edəcəksiniz?”
Bu zaman yaşlı səhabə susurdu. Lakin Səhhakın oğlu dedi: “Bəli, sənə
hədd cəzası da tətbiq edərik!”
Fatimə (s.ə.) dedi: “Muhəmmədin (s) dinində olmadığını təsdiq edirsənsə,
o zaman yalan danışdın və rəzil oldun! Cənnət qadınlarının seyyidəsinin
əleyhinə şahidliyi qəbul edən və ya ona hədd
tətbiq edən lənətlənmişdir, Al-
lahın Muhəmmədə (s) nazil etdiyinə qarşı kafi r olmuşdur. Çünki
“Allahın
Dostları ilə paylaş: