Ali-Muhammedin sirleri indd


On iki imamın (ə) xüsusiyyətləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə255/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   251   252   253   254   255   256   257   258   ...   410
AliMuhemmedin sirleri

On iki imamın (ə) xüsusiyyətləri
Ey Süleym! Mənim vəsilərim övladlarımdan on bir nəfərdir. Onlar hidayət 
olmuş imamlar və hidayət edəndirlər. Hamısı mühəddəsdirlər”.
Dedim: “Ya Əmirəl-möminin! Onlar kimdirlər?” Dedi: “Bu oğlum Həsən
sonra bu oğlum Hüseyn, sonra bu oğlum (həmin vaxt südəmər olan Hüseyn 
oğlu  Əlinin  əlini tutdu). Sonra bir-biri ardınca bunun övladlarından səkkiz 
nəfər. Bunlar Allah and içdiyi və belə buyurduğu şəxslərdir: “And olsun ata-
ya və onun övladına ki...”
1
 Ata Peyğəmbər və mənəm, övlad isə on bir nəfər 
vəsilərdir. Allahın salavatı onlara olsun!”
Dedim: “Ya Əmirəl-möminin! Eyni vaxtda iki imam bir yerdə ola bilər?” 
Buyurdu: “Bəli! Amma birinci vəfat edənə qədər ikinci susar, danışmaz”.
Kitabın 69 nüsxəsində bunlar da qeyd edilib. Mövzuya uyğun olduğuna 
görə burada qeyd edirik: 
“Səhifə əhli”nin cahiliyyə ölümü ilə ölməsi
Bunu Aban öz əlilə Süleymin dilindən yazıb: “O üç nəfər və Təlhə, Zübeyr, 
Ənəs, Sad və  Əbdürrəhman ibn Ovf ölüm anında özləri  əleyhlərində  şahid-
lik etmişlər ki, həqiqətən də onlar ataları kimi cahiliyyə dövründəki inancları 
üzərində ölüblər...”
1
 “Bələd” surəsi, ayə 3.


Ali-Muhəmmədin sirləri
189
HƏDİS 38

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin