Ali-Muhammedin sirleri indd


Möminlərin əmirinin vəsiyyəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə368/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   364   365   366   367   368   369   370   371   ...   410
AliMuhemmedin sirleri

Möminlərin əmirinin vəsiyyəti
Bismillahir-rəhmanir-rəhim 
Bu  Əli ibn Əbu Talibin vəsiyyətidir.  Şəhadət verirəm ki, şəriki olma-
yan vahid Allahdan başqa ilah yoxdur. Muhəmməd Onun qulu və rəsuludur. 
Müşriklər bəyənməsə belə onu bütün dinlərə qalib olsun deyə hidayət və haqq 
dinlə göndərmişdir. 
Namazım, ibadətim, həyat və ölümüm aləmlərin şəriksiz olan Rəbbi üçün-
dür. Buna əmr olunmuşam və mən müsəlmanlardanam.
1
 Onun həmin vaxt 2 yaşı vardı.


268
Suleym ibn Qeys Hilali
Ey Həsən sənə, bütün övladlarıma, ev əhlimə, bu yazdıqlarımın yetişdiyi 
hər kəsə Allaha təqvalı olmağı vəsiyyət edirəm. Yalnız müsəlman olaraq ölün. 
Allahın ipindən möhkəm yapışın və əsla ayrılmayın. Çünki Peyğəmbərdən (s) 
belə buyurduğunu eşitmişəm: “İnsanların arasını islah etmək bütün namaz və 
orucdan üstündür. Həqiqətən də üsyankarlıq dinin boşluğuna və insanların ara-
sının pozulmasına səbəbdir”. Allahdan başqa qüvvət yoxdur.
Öz yaxınlarınıza diqqət yetirin, onlarla əlaqəni kəsməyin ki, Allah da 
sizinlə asan hesab çəksin.
Allah, Allah! Yetimlər barəsində diqqətli olun! Onları ac saxlamayın, ya-
nınızda olanları  sıxıntıya salmayın. Mən Peyğəmbərin (s) belə buyurduğunu 
eşitmişəm: “Hər kim yetimi ehtiyacsız olanadək himayə etsə, Allah cənnəti ona 
vacib edər, necə ki, yetimin malını yeyən kəsə cəhənnəmi vacib etmişdir”.
Allah, Allah! Quran barəsində diqqətli olun! Ona əməl etməkdə heç kim 
sizdən önə düşməsin!
Allah, Allah! Qonşularınız barədə diqqətli olun! Həqiqətən də Peyğəmbər 
(s) onları vəsiyyət edib.
Allah, Allah! Allahın Evi barədə diqqətli olun! Var olduğunuz müddətdə onu 
əsla boş qoymayın! Əgər tərk olunsa, onu kimisini əsla tapa bilməyəcəksiniz. 
Onun insana verdiyi ən kiçik şey əvvəlki bütün günahlarının bağışlanmasıdır.
Allah, Allah! Namaz barədə diqqətli olun! Həqiqətən də o ən yaxşı əməl və 
dinin sütunudur!
Allah, Allah! Zəkata diqqət yetirin! Həqiqətən də o Rəbbinizin qəzəbini 
söndürür!
Allah, Allah! Ramazan ayına diqqət yetirin! Həqiqətən də ondakı oruc 
cəhənnəm oduna qarşı bir qalxandır.
Allah, Allah! Fəqir və miskinlər barəsində diqqətli olun! Yaşayışınızda on-
larla ortaq olun.
Allah, Allah! Allah yolunda mallarınız və canlarınızla cihada diqqət yeti-
rin! Həqiqətən də Allah yolunda bu iki şəxs cihad edər: hidayət imamı, onun 
vasitəsilə hidayət tapan və ona itaətkar müqəllid.
Allah, Allah! Peyğəmbərin (s) nəsli barədə diqqətli olun! Onları müdafi ə 
edə biləcəyiniz qüdrətə sahib ikən heç kimin sizin qarşınızda onlara zülm 
etməsinə izn verməyin!
Allah, Allah! (Peyğəmbərdən (s) sonra) dində  dəyişiklik etməyən və 
dəyişiklik edənləri himayə etməyən Peyğəmbər səhabələrinə qarşı diqqətli olun! 
Həqiqətən də Peyğəmbər (s) onlar barəsində vəsiyyət etmiş, dində dəyişiklik 
edənləri və onları himayə edənləri lənətləmişdir.


Ali-Muhəmmədin sirləri
269
Allah, Allah! Qadınlarınız və kənizləriniz barədə diqqətli olun! Allah yo-
lundakı  səylərinizdə danlayanın danlağından qorxmayın. Onlara qarşı Allah 
sənə kifayət edər. Allahın əmr etdiyi kimi insanlarla gözəl danışın. 
Yaxşılığı əmr edib, pislikdən çəkindirməyi əsla tərk etməyin. Yoxsa Allah 
sizin pislərinizi yaxşılara hakim edər. Bu zaman dua etsəniz, qəbul olunmaz.
Ey övladlarım! Əlaqələrinizi qırmayın, insanlara hədiyyə verin və xeyir-
xahlıq göstərin! Nifaqdan, qohumlarla əlaqəni kəsməkdən, düşmənçilikdən 
və  təfriqədən çəkinin! Yaxşı  işlərdə bir-birinizə yardım edin. Günah və 
düşmənçilikdən bir-birinizin yardımçısı olmayın. Allahdan qorxun, həqiqətən 
də Onun cəzası şiddətlidir. 
Allah sizi qorusun! Sizi Allaha tapşırır və salam söyləyirəm!”
Sonra “La ilahə illəllah!” deyib ruhunu təslim etdi. Bu, Ramazanın son on 
günün ilk gecəsində, ayın 21-də baş verdi. Cümə gecəsi, hicrətin qırx altıncı ili 
idi. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin