Ali-Muhammedin sirleri indd


HƏDİS 75 Əbu Zərr Həcc mərasimində vilayəti bəyan edir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə376/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   372   373   374   375   376   377   378   379   ...   410
AliMuhemmedin sirleri

277
HƏDİS 75
Əbu Zərr Həcc mərasimində vilayəti bəyan edir
Təbərsi “İhticac” kitabında deyir: Süleym ibn Qeys dedi: Mən və Hənəş 
ibn Mötəmərin də iştirak etdiyi Həcc mərasimində Əbu Zərr qalxıb Kəbənin 
qapısının haqasından tutub uca səslə camaata səsləndi: Ey camaat, məni ta-
nıyan tanıyır, tanımayanlara isə bildirirəm ki, mən Cundəb ibn Cənadə  Əbu 
Zərrəm. Sizin Peyğəmbərinizin (s) belə dediyini eşitmişəm: “Mənim  Əhli-
Beytim Nuhun gəmisi timsalındadır. Ona minən nicat tapar, tərk edən isə qərq 
olar. Həmçinin Bəni-İsrailin arasındakı Hittə qapısı kimidir”. Ey camaat, mən 
sizin Peyğəmbərinizin (s) belə dediyini eşitdiyimə şəhadət verirəm: “Sizin ara-
nızda iki şey qoyuram ki, onlara yapışdığınız müddətdə azmayacaqsınız: Alla-
hın kitabı və Əhli-Beytim...”.
Əbu Zərr Mədinəyə qayıtdıqdan sonra Osman onu çağırtdırıb dedi: “Həcc 
mərasimində söylədiklərin nədir?” Əbu Zərr dedi: “Peyğəmbərə (s) verdiyim 
əhd və onun mənə əmri idi”.
Dedi: “Buna kimsə şahidlik edə bilər?”. Əli (ə) və Miqdad şahidlik etdilər. 
Onların üçü də çıxıb getdilər. Osman deyirdi: “Bu və iki dostu özlərini nəsə 
hesab edirlər”.


278
Suleym ibn Qeys Hilali
HƏDİS 76

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin