42
Suleym ibn Qeys Hilali
HƏDİS 7
Ümmətin ixtilafı və bölünməsi
Ümmətin yetmiş üç fi rqəyə bölünməsi
Aban Süleymdən nəql edir: “Əli ibn Əbu Talibin belə dediyini eşitdim:
“Bu ümmət yetmiş üç fi rqəyə bölünəcək.
Bunlardan yetmiş ikisi odda, biri
isə cənnətdədir. Yetmiş üç fi rqədən on üçü biz Əhli-Beyti sevdiklərini iddia
edəcəklər. Bunlardan
da on ikisi odda, biri isə cənnətdədir.
Nicat tapacaq fi rqənin müəyyən olunması
Nicat tapacaq fi rqə doğru yolu göstərər, cənnəti arzulayarlar, mömindirlər,
(Allaha)
təslim olmuşlar, uğurlu və doğru yol göstərənlərdir. Onlar mənə iman
bəsləyir, əmrimə təslim olmuş və mənə itaət edənlərdir.
Düşmənlərimdən uzaq-
laşmış, məni sevənlər və düşmənlərimə nifrət bəsləyərlər. Onlar mənim haqqı-
mı, imam olduğumu və mənə itaətin vacib buyurulduğunu Allahın kitabından
və Peyğəmbərin sünnəsinə əsasən bilirlər. Onlar əqidələrindən əsla dönməz və
şübhəyə düşməzlər. Allah onların ürəklərini bizim haqqımızı tanımaqla nur-
landırmış, fəzilətimizi onlara
bildirmiş və ilham etmiş, alınlarından yapışıb
şiələrimizin arasına qatmışdır. Qəlbləri aramlıq tapmış və yəqinə çatmışdır.
Onların imanlarına şəkk qarışmaz.
Dostları ilə paylaş: