Ali-Muhammedin sirleri indd


iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə85/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   81   82   83   84   85   86   87   88   ...   410
AliMuhemmedin sirleri

iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və 
yaxşı işlər görün ki, nicat tapasınız! Allah yolunda layiqincə cihad edin. 
O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoy-
madı - atanız İbrahimin dini kimi. Allah bundan (Quran nazil olmamış-
dan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət 
günü) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, 
zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yax-
şı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!”
2
 buyurmurmu?! Həmin 
vaxt Salman qalxıb demişdi: “Ya Peyğəmbər, sənin onlara, onların da in-
sanlara şahid olduğu, Allahın seçdiyi və Allahın, ataları İbrahimin dinində 
olduğu kimi onlar üçün dində heç bir çətinlik yeri qoymadığı bu şəxslər 
kimlərdir?” 
Peyğəmbər  (s) buyurdu: “Bu ayədə Allahın məqsədi bütün ümmət deyil
xüsusi on üç nəfərdir”. Salman dedi: “Ya Peyğəmbər! Onları bizə açıqla”. 
Peyğəmbər (s) buyurdu: “Mən, qardaşım Əli ibn Əbu Talib və onun övladla-
rından on bir nəfər”. Orada toplaşanlar dedilər: “İlahi, bəli, elədir”.
1
 “Tövbə” surəsi, ayə 119.
2
 “Həcc” surəsi, ayə 77-78.


Ali-Muhəmmədin sirləri
67
Ardınca  İmam  Əli (ə) buyurdu: “Allah xatirinə söyləyin! Bilmirsinizmi 
Peyğəmbər (s) ən son xütbəsində nə buyurdu?! “Ey camaat! Sizin aranızda iki 
şeyi  əmanət qoyuram: Uca Allahın kitabı  və itrətim olan Əhli-Beytim.  Əgər 
onlara sarılsanız əsla azmayacaqsınız. Lütf sahibi və hər şeydən xəbərdar olan 
Allah mənə xəbər verib ki, bu ikisi hovuzun başında mənə qovuşanadək bir-
birlərindən əsla ayrılmayacaqlar”. Səhhakın oğlu sanki qəzəbli bir halda ayağa 
qalxaraq demişdi: “Ey Peyğəmbər! Onların hamısı Əhli-Beytindir?” Peyğəmbər 
(s) buyurdu: “Xeyr, vəsilərimdir. Onlardan Əli qardaşım, vəzirim, varisim, 
ümmətimdə xəlifəm, məndən sonra hər möminin vəlisidir. O, vəsilərin birinci-
sidir. Sonra oğlum Həsən və sonra Hüseyn, sonra oğlum Hüseynin bir-birinin 
ardınca gələcək doqquz övladı. Hovuzun başında mənə qovuşacaqlar. Allahın 
yer üzündəki şahidləri, məxluqları üzərindəki höccətləri, elminin xəzinədarları 
və hikmətinin mədənidirlər. Kim onlara itaət etsə Allaha itaət etmiş, onlara qar-
şı çıxan isə Allaha qarşı çıxmışdır”. 
Onların hamısı dedilər: “Peyğəmbərin (s) bunları söylədiyinə şahidik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin