Ali-Muhəmmədin sirləri
73
Peyğəmbər (s) Ali-Muhəmməd imamlarına (ə) itaətin və onların haqları-
na riayət olunmağın vacibliyini bütün insanlara çatdırmağı ümumi camaata
əmr etdi. Təbliğ üçün Ali Muhəmmədin (ə) haqqından
başqa heç bir mövzuda
şahidlərin qaiblərə çatdırmasını buyurmadı. Peyğəmbər (s) məhz öz adından
yalnız özünün təyin etdiyi şəxslərdən başqasının danışa bilməyəcəklərini bütün
insanlara bildirməyi ümumi camaata əmr etdi.
Ey Təlhə! Sizin eşitdiyiniz halda Peyğəmbər (s) mənə belə demədimi: “Ey
qardaşım! Səndən başqası mənim borcumu ödəyə bilməz və səndən başqası boy-
numda olanı əda etməz. Mənim boynumda olanları ödəyən, əmanətimi yerinə
yetirən və sünnətimə görə döyüşəcək olan sənsən!” Yaşlı səhabə rəhbərliyi
ələ keçirdiyi zaman Peyğəmbərin (s) borclarını ödəyib
vədlərini yerinə ye-
tirdimi? Onların hamısını mən təsbit etdim, borclarını ödədim və vədlərini
yerinə yetirdim. Peyğəmbər məndən başqasının borclarını ödəməyəcəyini və
vədlərini yerinə yetirməyəcəyini onlara xəbər vermişdi. Yaşlı səhabənin on-
lara Peyğəmbərin (s) borclarını və vədlərini vermədi. Yalnız mən borclarını
ödədim, vədlərini yerinə yetirdim və əmanətini qaytardım.
Dostları ilə paylaş: