Alimentin ödənilməsinə dair rayon məhkəməsinə



Yüklə 11.06 Kb.
tarix17.06.2018
ölçüsü11.06 Kb.

Alimentin ödənilməsinə dair

______ rayon məhkəməsinə


İddiaçı: _____________________

/ Ünvan: ____________________/
Cavabdeh: __________________

/ Ünvan: ___________________/


İ D D İ A Ə Rİ Z Ə S İ

(aliment ödənilməsinə dair)
Cavabdehlə nikahımız ________-cı il tarixdə pozulmuş və bu barədə ______ rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir.

Cavabdehlə birgə nikah münasibətlərindən bir uşağımız ________________________oğlu/qızı (_______-cü il təvəllüdlü) vardır.

Cavabdeh bizi atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq mənim üçün maddi cəhətdən çətindir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

Həmin Məcəllənin 75.4 maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Həmin Məcəllənin 76.1 maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur:

Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası AM-nin 75-76 maddəsini rəhbər tutaraq məhkəmədən

Xahiş Edirəm:
Cavabdehdən ________-cü il tarixdə ________________________oğlu/qızı yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarasınız.

Qoşma:


Nikahın pozulması və doğum haqda şəhadətnamənin notarial qaydada

təsdiq olunmuş surətləri

Şəxsiyyət vəsiqəsinin surəti

MAPS-dan arayış



Yaşayış yerindən arayış
İddiaçı: ________________________oğlu/qızı


“___” _______ 20____-ci il

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə