AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə102/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   98   99   100   101   102   103   104   105   ...   134

«Xalis incilər silsiləsindən»


Peyğəmbərdən (s) rəvayət edilir ki, buyurdu: Əgər çox danışan olmasaydınız, əgər qəlblərinizdə iztirab və batil xəyallar olmasaydı, yəqin ki, mənim gördüyümü siz də görər, mənim eşitdiyimi siz də eşidərdiniz.1

«İmam Zaman molla Haşimin evində»


Molla Haşim Qəzvini, Qəzvinin haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rzaxan Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir.

Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir:

Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim.

Bir gün “Təzrək” əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir. Yaxınlaşanda gördüm ki, başında qara əmmamə, belində yaşıl şal var. Mübarək üzünə baxdım, camalı günəş kimi nur saçırdı, ixtiyarsız camalı qarşısında əriyib məhv oldum. Mənə dedi:

Seyyid Haşim dərs oxu, niyə dərs oxumursan? Seyyidə savadsızlıq yaraşamaz.

Dedim:


Ağa mənim məktəbə verməyə pulum yoxdur. Buyurdu:

Mən molla Haşimə tapşıraram sənin məktəb pulunu verər, bir də qəsəbə əhlinə de ki, niyə bu ağaya əziyyət verirlər? (Qəsəbədə Mənsurus-Səltənə adlı bir nəfər ağaya çox əziyyət verirdi)

Bunu deyib bir anın içində gözümdən qeyb oldu, təzə başa düşdüm ki, İmam Zaman imiş. Mən gözüyaşlı evə gəldim. Evdə oturub ağlayırdım və təəssüf edirdim ki, niyə İmam Zamanı tanımadım.

Anam dedi:

Niyə ağlayırsan?

Mən başıma gələnləri anama danışırdım ki, bu vaxt molla Haşimin külfəti Səkinə xatun gəldi və dedi:

Ağa sizi çağırır. Qalxıb molla Haşimin evinə getdim. Ağa dedi:

Seyyid Haşim nə var, nə yox? Bu gün yolda kimi gördün və o sənə nə dedi? Mən yolda gördüklərimi ona danışdım. Dedi:

Bəli, o İmam Zaman idi, mənim evimə gəldi və səni mənə tapşırdı. Amma necə ki, mən sağam bu əhvalatı heç kimə danışma, mən də kimsəyə bir söz deməmişəm.1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin