AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə109/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   105   106   107   108   109   110   111   112   ...   134

«Ölümdən xəbər»


Seyyid Əhməd Müdərris Yəzdi təqribən 10 il bundan qabaq vəfat etmişdir. O, həmişə ailəsinə deyərdi ki, mən 1392-ci (h.q.) ildə vəfat edəcəyəm və bu sözü ona yuxuda deyilmiş xəbərə əsasən söyləyirdi. O, özü bu yuxusuna çox inanırdı. Hər il keçdikcə ömrünün qalan illərini hesablayır, evdəkilərə deyirdi. 1392-ci ildə sap-sağlam olmasına baxmayaraq, bu xəbəri tez-tez yada salırdı və hətta həmin ilin baharında ağaclar yaşıl don geyinəndə, evin həyətindəki tut ağacı bar gətirəndə ağaca baxıb deyirdi: Bu il mən bu tutdan yeyə bilməyəcəm.

O deyən kimi də oldu. Gözlənilmədən qulunc xəstəliyinə mübtəla oldu və yorğan-döşəyə düşdü. Ustad Yəzdiyə böyük inamı olan həkimlərdən biri ona baxdıqdan sonra apandisitində problem olduğunu və yeganə ümidin cərrahiyə əməliyyatı aparılmasını dedi.

Ustadı Məşhəddəki İmam Riza adına xəstəxanaya apardılar. Özünün və böyük oğlunun icazəsi ilə cərrahiyyə əməliyyatı aparıldı və yaxşı da nəticə hasil oldu. Amma bir gün sonra gözlənilmədən qan təzyiqi yuxarı qalxdı və səhərə yaxın ruhu göylərə uçdu. Cənazəsi İmam Rizanın hərəmi yaxınlığında torpağa tapşırıldı. 1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin