«İki minlik qəbz»
Şəban ayının ortalarına yaxın, Həmədanın qarlı-boranlı qış günlərindən birində şəhərin kasıb camaatı Molla Əli Həmədaninin evinin qarşısına toplaşıb ondan kömək istəyirdilər. Soyuq məntəqələrdən sayılan Həmədanın həmin il qışı keçən illərə nisbətdə olduqca sərt başlamışdı.
Molla Əli imam payından xərclikdə olduqca ehtiyat edirdi. Bu dəfə də tərəddüd keçirirdi ki, həmin paydan qapıya toplaşmış kasıb camaata versin ya yox?
Qəti qərara gələ bilmədikdə yad edilən tövsiyəyə əməl edir. (Həmin tövsiyə “Feyzin kitabı daha yaxşıdır” hekayəsində yad edilir.) Amma dişini çəkdirdiyi üçün oruc tuta bilmir. Yuxuda görür ehtiyacı olan camaat küçənin qırağında toplaşıb kömək gözləyirlər. Birdən hər yerdən “Ya Kərim” sədası göyə ucalır.
Molla Əli deyir:
Gördüm şeyx Əbdülkərim Hairidir, deyir: Haqqını qaytaracağım adam çoxdur. Hələlik iki min tümən qəbzim var. Kasıb camaat acından öləsi deyil ki?
Yuxudan ayıldım, gözlədim qəbz gəlsin. Gün batana qədər gözlədim, bir xəbər çıxmadı. Əlacsız qalıb gedib qayınatam doktor Cavad Maqsuddan iki min tümən alıb fəqirlərə verdim.
Bu hadisədən iyirmi gün keçmiş, təqribən ramazan ayının beşi Bavə-Əli adlı məntəqədən bir nəfər kürd qapıya gəldi və uca səslə hay salıb dedi:
Axund Molla Əlinin evi budur? Dedim:
Buyurun içəri.
Nökəri də yanında, birlikdə içəri keçdilər. Yanında gətirdiyi çantanı açıb ordan bir kağız çıxartdı. Gördüm vəsiyyətnamədir. Vəsiyyətnaməni mənə uzatdı ki, oxuyum. Gördüm vəsiyyətnamədə qeyd edilən məsələlərdən biri də budur ki, iki min tümən axund Molla Əliyə verərsiniz. Vəsiyyətnamənin tarixinə nəzər saldım, gördüm mənim zikrə başladığım həmin günün tarixidir.
Molla Əli əlavə edib deyir:
Göstərilən əməli tapşırığa kamil əməl edə bilmədiyim üçün, yəni şərt olunan orucu tuta bilmədiyimə görə, şeyx Əbdülkərim Hairinin vasitəçiliyi ilə, qeyri-müstəqim tərəddüdüm yəqinə çevrildi. 1
Dostları ilə paylaş: |