AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə124/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   120   121   122   123   124   125   126   127   ...   134

«O pulla olmaz»


Cənab Razi yazır: Polis idarəsinin işçilərindən biri şah zamanı istefa verib işdən çıxır və azad işlə məşğul olur. O mənimlə tanış idi. Bir gün ondan işdən çıxmasının səbəbini soruşdum. Dedi:

Ayətullah Mərəşinin batini baxışı və bəsirəti bu işə bais oldu. Dedim:

Necə məgər? Dedi:

Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə qədər Qumun “İrəm” xiyabanında postda durmalı idim. Həmin gecə boynuma qüsul gəlmişdi və hamama getməli idim, amma hamam üçün verməyə pulum yox idi. Təqribən gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.

Mən yaxınlaşıb sürücüyə dedim:

Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin. Sürücü bir beş tümənlik ovcuma basıb üzürxahlıq elədi. Mən də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:

“Hamam pulu da düzəldi.”

Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb namaz qılam.

Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah Mərəşi həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanıma gəldi.

Çatan kimi salam verib dedi:

“İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:

Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim:

Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki, polis idarəsindən çıxıb azad bir işlə məşğul olum. Belə də oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır, Məkkəyə də getmişəm. 1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin