«Yarın bağında»
“Miftahül kəramət” kitabının müəllifi mərhum Seyyid Cavad Amuli belə deyir:
Gecələrin birində gördüm ki, Seyyid Bəhrul-Ülum Həzrət Əlinin (ə) hərəminin çöl qapısını açıb içəri girdi və hərəmə tərəf getdi. Mən də onun arxasınca düşdüm. Salonun qapısı qıfıllı olduğuna baxmayaraq onun üzünə açıldı. Hərəmin qapısının qıfılı da öz-özünə açıldı. Seyyid hərəmə daxil olub cəddinə salam verdi və qəbirdən salamın cavabını aldı. Mən qorxduğum üçün daha geri qayıtdım.
Həmçinin Seyyid Cavad Amuli belə nəql edir:
Bir axşam Seyyid Bəhrul-Ülumu Kufə məscidində Həzrət İmam Zaman (ə) ilə danışdığını gördüm. O, İmam Zamandan (ə) bir məsələ də haqda soruşduqda, Həzrət buyurdu:
Sizin vəzifəniz zahiri dəlillərlə kifayətlənməkdir və batini həqiqətlər sizə aid deyil. 1
Dostları ilə paylaş: |