«Xalis dərman»
“Qisəsul Uləma” kitabının müəllifi yazır ki, inandığım dostlardan biri Şeyx Cəfərin (vəfatı 1228 q.) kəramətlərindən birini belə nəql etdi:
Neçə illər idi ki, əmim gözağrısına mübtəla olmuşdu. O zamanın bütün həkim və cərrahlarına müraciət etsək də, bir əlac olmamışdı. Əmim eşitmişdi ki, Şeyx Cəfər Lahican şəhərinə gedib. O, Şeyxin hüzuruna yetişəndən sonra onun əlindən öpərək dedi:
Neçə ildir ki, gözüm ağrıyır. Sizin hüzurunuza gəlməyimin səbəbi odur ki, dua edin, Allah-taala mənə şəfa versin.
Şeyx mübarək ağzının suyundan onun gözünə çəkəndən sonra şəfa tapdı və heç vaxt gözağrısı görmədi. 2
Dostları ilə paylaş: |