AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə21/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala mərifət və agahlıq üzündən olmayan əməli qəbul etməz və mərifət də əməlsiz olmaz. Deməli kimin mərifəti olsa, ona əməlində bir bələdçi olacaqdır. Kim əməl etməzsə, mərifəti yoxdur. Bilin ki, imanın hissələri biri digərindən asılıdır!”

«Həqiqi sərraf»


Günlərin birində zahid alim, təqva və kəramət sahibi, şiənin fəxri Molla Mehdi Mollakitab Nəcəf-Əşrəfdə həzrət Əlinin (ə) hərəminin həyətində bir qrup tanışları ilə birgə oturmuşdu. Elə bu zaman Şeyx Cavad Amuli çox narahat halda gəlib onların kənarında oturdu. Molla Mehdi ondan narahat olmasının səbəbini soruşanda dedi:

Bazarda bir dükançıya 6 tümən borcluyam və bu gün çox kobud bir tərzdə məndən öz borcunu istədi. Amma mənim isə borcu qaytarmağa pulum yoxdur. Şeyx dedi:

Narahat olma, borcunu mən ödəyərəm. Orada olanlar bilirdilər ki, Şeyxin pulu yoxdur və zarafatla dedilər:

Haradan ödəyəcəksən? Ya da ki, o yəhudi sərrafın yanına göndərə bilərsən. Dedi:

Onu əsil sərrafın yanına göndərirəm. Ey Şeyx Cavad, səni Əmirəlmömininə (ə) tapşırdım. Get o məbləği Həzrətdən al.

Şeyx heç vaxt bihudə və hədər söz danışmadığı üçün, Şeyx Cavad qəbul etdi. Ayağa qalxıb hərəmə yollandı. Bir az keçməmiş içində 6 tümən (30 şami) olan pul kisəsiylə qayıtdı. Dedi:

Hərəmə daxil olub ərz elədim:

Ey Əmirəlmöminin, mən ziyarətə gəlməmişəm. Məni Şeyx Mehdi sizin hüzurunuza göndərdi və 6 tümən üçün gəlmişəm. Sonra mübarək zərihi öpüb, neçə addım atmışdım ki, bir şəxs məni çağırıb dedi:

Al, bu Şeyxin tapşırdığı məbləğdir. Çox təəccüblü və heyran halda onu aldıqdan neçə saniyədən sonra ətrafa baxdıqda daha onu görmədim. 1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin