AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə22/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

«Dostun diyarına gedən yol»


Şeyx Mehdi Mollakitab ömrünün sonuncu ilində Həccə getmək arzusuna düşdü. Ona dedilər ki, yaxşısı budur Kərbəlaya gedin. Ərəfə günü İmam Hüseynin (ə) hərəmində olmaq həccin savabından yüksəkdir. O dedi:

İki şeyə görə həccə getmək istəyirəm. Birincisi, əgər birdən həccə gedəndə ya qayıdanda vəfat etsəm Allah-taala məni behişt bağına daxil edər. Həmin bağ Məkkə yolunda vəfat edənlərə məxsusdur. İkincisi, bəlkə Həzrət Sahibəzzəmanla (ə) birlikdə olmaq iftixarı mənə nəsib oldu.

Məlum olduğu kimi İmam Zaman (ə) hər il həcc mərasimində iştirak edir. Şeyx bir qrup xas adamlarla, o cümlədən Seyyid Hüseyn Nəhavəndi, şeyx Məhəmməd Ubudi və digər fazil alimlərlə Məkkəyə yola düşdü. Məkkədən qayıdanda Şeyx Mehdi Mollakitab Nəcd ərazisində vəfat etdi və az bir fasilə ilə Seyyid Hüseyn də dünyasını dəyişdi. Karvandakılar cənazələri Nəcəf-Əşrəfə aparmaq istədikdə xəbis karvanbaşı bu işdən xəbərdar olub bunu Nəcdin şeyxi və Vəhhabilərin böyüyü İbn Səuda xəbər verdi. Vəhhabilər cənazəni bir yerdən başqa yerə aparmağı bidət saydıqları üçün, cənazəni Nəcəfə aparmaq istəyənlər, məmurlar gəlib çıxmamış, şeyx Mollakitabın və Seyyid Hüseyn Nəhavəndinin cənazələrini elə Nəcd ərazisində dəfn etdilər. Qəbirlərin üstünü hamarlayıb, izi itirsələr də, buna görə çox narahat oldular.

Səhəri gün şeyx Məhəmməd onlara dedi:

Narahat olmayın, mən öz gözümlə gördüm ki, dünən axşam cənazələr Nəcəf-Əşrəfə aparıldı. Dedilər:

Nə gördün? Şeyx Məhəmməd dedi:

Dünən gecədən bir az keçmiş olardı ki, siz yatmışdınız. Amma mən oyaq idim və ocağın yanında oturub qızınırdım. Birdən, Şeyxin qəbrinin yanında bir dəstə atlı gördüm. Soruşdum:

Nə iş üçün gəlmisiniz? Dedilər:

Gəlmişik Şeyxi Əmirəlmömininin (ə) qonşuluğuna aparaq. Sonra gördüm ki, Şeyx də atlıdır və onlarla gedir. Mən onların ardınca düşüb dedim:

Mən də sizinlə gəlim. Dedilər:

Qayıt, olmaz. Onlar Nəcəf-Əşrəfə yollandılar. Mən bir neçə addım atandan sonra, Şeyx mənə üz tutub dedi:

Geri qayıt, hələ sənin bizimlə gəlmək vaxtın çatmayıb. Amma narahat olma, sevin ki, səni də ayın 3-də cümə günü Əmirəlmömininin (ə) hərəminə gətirəcəklər.

Qayıtdım və atlıların arasında dünyadan köçmüş alimlərdən Seyyid Sadiq Fixam və başqalarını da gördüm ki, mən onları tanıyırdım. Sözümün doğruluğunun əlaməti də budur ki, mənə xəbər verdikləri kimi, ayın 3-də cümə günü vəfat edəcəyəm. Onun dediyi kimi də oldu. Həmin təyin olunmuş gün çatanda Şeyx Məhəmməd Ubudi vəfat etdi. 1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin