«Allahdan istədim ki, hələ sağ qalasan»
Şeyx Ənsarinin şagirdlərindən olan Şeyx Mahmud Əraqi “Darüs-səlam” kitabında Hacı Seyyid Əli Şüştərinin övladından belə nəql edir:
1260-cı qəməri ilində Nəcəf-Əşrəfdə vəba xəstəliyi yayılmışdı. Bir gecə gecə yarısı mərhum atam (Hacı Seyyid Əli Şüştəri) da bu xəstəliyə tutuldu. Onu rəngi qaçmış və pərişan halda görəndə çox qorxdum. Öz-özümə dedim ki, əgər atam vəfat etsə Şeyx bizi danlayacaq ki, niyə Seyyiddin əyadətinə gəlməsi üçün ona qabaqcadan xəbər verməmişik. Çırağı yandırdım ki, Şeyxin mənzilinə gedib Seyyidin ağır xəstə olduğunu ona xəbər verim. Seyyid (atam) dedi:
Neyləyirsiniz? Ərz elədik:
İstəyirik gedib Şeyxə xəbər verək. Dedi:
Lazım deyil, özü indi gələcək. Bir az keməmiş mənzilin qapası döyüldü. Seyyid dedi:
Qapını açın, gələn Şeyxdir. Qapını açdıq. Gələn Şeyx Ənsari və rəhmətlik Molla (xadim) idi. Şeyx dedi:
Hacı Seyyid Əli necədir? Dedik:
İndi ki, bu xəstəliyə yoluxub, Allah özü rəhm eləsin. Dedi:
İnşallah, heç bir qorxusu yoxdur. İçəri girəndə Seyyidi pərişan və narahat görüb dedi:
Narahat olma, inşallah yaxşı olacaqsan. Seyyid ərz elədi:
Hardan bilirsən? Dedi:
Mən Allahdan arzu eləmişəm ki, sən məndən sonra sağ qalıb, mənim cənazəmə meyyit namazı qılasan. Seyyid dedi:
Niyə bunu arzulamısan (istəmisən)? Dedi:
Bir istək idi ki, qəbul da olub. Şeyx oturub Seyyidlə bir az söhbət etdikdən sonra qalxıb getdi. Ertəsi gün Şeyx tədrisini (dərsini) qurtarandan sonra dedi:
Deyirlər Hacı Seyyid Əli xəstədir. Tələbələrdən kim onun əyadətinə getmək istəyirsə, mənimlə gəlsin. Şeyx minbərdən aşağı enib bir dəstə tələbəylə Seyyidin evinə getdi.
Şeyx evə daxil olanda xəbərsiz adam kimi Seyyidin halını soruşmağa başladı. Mən istədim deyəm ki, ey Şeyx, dünən axşam siz buradaydınız və Seyyidin halından da xəbəriniz var. Birdən Seyyid barmağını dodağının üstünə qoyaraq mənə işarə etdi və mən də susub heç nə demədim.
Seyyidin halı yaxşılaşdı və Şeyx vəfat edənə qədər sağ qaldı. Şeyxin vəsiyyət etdiyi kimi onun cənazəsinə atam meyyit namazı qıldı. 1
Dostları ilə paylaş: |