AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə27/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   23   24   25   26   27   28   29   30   ...   134

«Pulu bölüşdürün»


Şeyx Məhəmməd Hüseyn Kazimi belə nəql edir:

Hər axşam xiftən namazından sonra hərəmə daxil olub, hərəmin qapısı kənarında üzüm zərihə tərəf və divara söykənib ziyarətnamə oxuyardım. Adətən, axşamlar Şeyx Murtəza Ənsarinin hərəmə girib-çıxdığı vaxt, mənim hərəmdə olduğum vaxta təsadüf edirdi.

Təsadüfən bir axşam Şeyxlə rastlaşdığım zaman yavaşca bir pul kisəsini ovucuma qoyub dedi:

Bu pulların yarısı sənin, yarısını da öz şagirdlərinin arasında bölərsən.

Hərəmdən çıxıb evə qayıtdım. Pulları sayanda gördüm ki, mənim payım borcum qədərdir. Öz-özümə dedim: Borcumun hamısını qaytararam, qalan pulları da tədricən şagirdlərə verərəm. Mən bu haqda heç kimlə danışmadım.

Yenə bir axşam hərəmdə olduğum vaxt, Şeyx mənim yanımdan keçəndə yavaşca qulağıma pıçıldayıb dedi:

Ey Şeyx, siz şagirdlərin pulunun hamısını onların arasında bölün, mən yenə sizə pul verərəm.

Bu əhvalatdan sonra başa düşdüm ki, Şeyxin mənim nə fikirləşdiyimdən xəbəri varmış. Beləliklə öz fikrimdən daşındım və onun necə böyük məqam sahibi olduğunu dərk etdim. 1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin