AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə28/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

«Qonağın uşağına nəvaziş»


Hacı Seyyid Məhəmməd Həsən Cəzayiri Seyyid Məhəmməd Təqi Təbatəbaidən, o da Kərbəla əyanlarından olan Seyyid Cəfər Sabitidən belə nəql edir:

Bir dəfə uşaq vaxtı atamla birlikdə Kərbəladan Nəcəf-Əşrəfə gəldik. Həzrət Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra atam dedi:

İmam Əli Murtəzanı ziyarət etdik, indi isə gedək Şeyx Murtəzanı da ziyarət edək.

Atamla birlikdə Şeyxin mənzilinə getdik. Qapını döyəndə Molla adlı bir şəxs (xadim) qapını açdı. Həyətdə oturub Şeyxi gözlədik. Molla Şeyxi çağırandan sonra Şeyx də gəlib bizimlə əyləşdi. Bir az keçəndən sonra Molla bir sinidə nahar yeməyini gətirib qabağımıza qoydu. Nahar bir qab bozbaş, bir neçə dənə xurma və 3 tikə çörəkdən ibarət idi.

Şeyx çörəyi doğrayıb bozbaşın içinə tökdükdən sonra yeməyə başladıq. Amma mən bozbaş çox dadsız olduğuna görə bir neçə xurma yeməklə kifayətləndim.

Nahar yeməyindən sonra Şeyxlə sağollaşıb evə qayıtdıq. Yolda atamdan soruşdum:

Axı o dadsız bozbaşı necə o cür ləzzətlə yeyirdin? Dedi:

Sən o yeməyin təsirini bilmirsən. Evə qayıdanda, anamdan yeməyə bir şey istədim. soruşdu:

Məgər siz qonaq getməmişdiniz? Dedim:

Bəli, dilənçi evinə və onların yeməyindən yemədim.

Səhəri gün atamla hərəmə getdik. Təsadüfən Şeyx də hərəmdə idi. Şeyx ziyarətnaməni oxuyub qurtarandan sonra mənim əlimdən tutub, atamla birlikdə hərəmdən çölə çıxdıq. “Qiblə” qapısının (hal-hazırda Şeyxin məqbərəsi orada yerləşir) yanında mənə dedi:

Desəyən, dünən dilənçi evindəki yemək xoşuna gəlməmişdi. İndi isə bunları götür. Ovucumun içinə iki lirə qoyub getdi. Mən çox təəccübləndim. Çünki bu sözləri ancaq anama demişdim və bizim yanımızda da başqa bir adam olmamaşdı ki, Şeyxə xəbər versin. Elə ondan sonra o dindar fəqihin böyük şəxsiyyət olduğu mənə aydın oldu. 1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin