AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə31/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

«İmamət günəşilə görüş»


Şeyx Ənsarinin şagirdlərindən biri belə nəql edir:

Kərbəlaya müşərrəf olduğum xüsusi ziyarətlərimdən birində, gecə yarısı hamama getmək üçün evdən çölə çıxdım. Küçələr palçıqlı olduğundan özümlə çıraq götürdüm. Uzaqdan Şeyxə bənzər bir şəxs gördüm. Bir az yaxınlaşanda bildim ki, Şeyx özüdür. Öz-özümə dedim ki, bu gecə vaxtı gözü də zəif olan adam palçıqlı yolda hara gedir? Mən fürsəti əldən verməmək üçün yavaşca Şeyxin arxasınca düşdüm. Uçub-dağılmış bir evin qapısına çatdıqda dayandı. Xas bir tərzdə Camiə ziyarətnaməsini oxuyub, evə daxil oldu. Daha heç nə görə bilmədim, amma Şeyxin səsini eşidirdim. Guya kiminləsə danışırdı. Hamama gedəndən sonra hərəmə müşərrəf oldum və Şeyx də orada idi. Səfərdən sonra, Nəcəf-Əşrəfdə Şeyxin hüzuruna gedib, həmin axşam gördüklərim haqda soruşdum. Əvvəl Şeyx inkar etməyə başladı, amma çox israr etdikdən sonra dedi:

Bəzən İmam Zamanın (ə) hüzuruna getmək üçün mənə o Həzrət tərəfindən izin verilir və sənin heç vaxt tapa bilməyəcəyin həmin xaraba evin qapısına gedib “Camiə” ziyarətnaməsini oxuyuram. Yenidən icazə verildikdə İmamın hüzurunda hazır olub bəzi məsələlər haqda o həzrətdən soruşuram.

Sonra Şeyx dedi:

qədər ki, mən sağam bu məsələni gizli saxla və heç kimə danışma.1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin