AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə32/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

«İzsiz şəxsiyyət»


Əllamə Təbatəbai buyurur:

Təqribən yüz il əvvəl Şüştər şəhərində tanınmış və hamının (ümum camaatın) müraciət etdiyi qazi Seyyid Əli Şüştəri (vəfatı 1282 q.) adında bir alim var idi. Digər alimlər kimi o da, tədris və mərcəiyyətlə məşğul idi. Günlərin birində evinin qapısı qəfildən döyülür və qapının arxasından kimin olduğunu soruşanda, naməlum şəxs deyir:

Aç qapını, bir nəfərin səninlə işi var. Mərhum Ağa Seyyid Əli qapını açanda, bir toxucu kişini görüb, soruşur:

Nə işiniz var? Toxucu kişi deyir:

Filan mülkün filankəsin olduğu hökmünüz düzgün deyil. O mülk yetim bir uşağındır və sənədi də filan yerdə basdırılıb. Seçdiyiniz bu yol düzgün deyildir. Ayətullah Şüştəri soruşur:

Məgər mən səhvmi eləmişəm? Toxucu kişi deyir:

Söz elə mən deyən kimidir. Bunu deyib gedir.

Ayətullah Şüştəri çox fikirləşdi ki, bu şəxs kim idi və nə dedi. Araşdırdıqdan sonra məlum oldu ki, toxucu kişinin dediyi yerdə həmin yetim uşağın mülkünün sənədi basdırılıb və o mülkün filan şəxsin olduğu haqda şahidlərin israrı yalan imiş.

Ayətullah Şüştəri toxucu kişinin sözlərindən sonra dərindən fikirləşir ki, bəlkə elə indiyə qədər bəzi məsələlər haqda verdiyi hökm və fətvalar səhv imiş. Bütün vucudunu vəhşət və qorxu hissi bürüyür. Sabahı gün toxucu kişi axşam yenə həmin vaxt qapını döyüb deyir:

Ey Seyyid Əli Şüştəri, tutduğunuz bu yol düzgün deyildir. Üçüncü gecə də həmin əhvalat təkrarlanır və bu dəfə toxucu kişi Ayətullah Şüştəriyə deyir: Yubanmadan tez ev əşyalarınızı yığın və evinizi də satıb Nəcəfə gedin. İndi sizə tapşırdığım işləri yerinə yetirin və altı aydan sonra Nəcəfin “Vadiüssəlam”ında məni gözləyin.

Mərhum Şüştəri yubanmadan ona verilən tapşırıqları yerinə yetirməyə başlayır. Lazım olan ev əşyalarını götürüb Nəcəf şəhərinə yollanır.

Təyin olunmuş gün dan yeri söküldüyü zaman Nəcəf şəhərinə daxil olanda Vadiüssəlamda həmin toxucu kişini görür. Elə bil su kimi qaynayaraq yerdən çıxıb, onun qarşısında zahir olur və bəzi tapşırıqlar verib yenə qeyb olur.

Mərhum Şüştəri Nəcəf-Əşrəfə daxil olub, toxucu kişinin ona tapşırdıqları işləri yerinə yetirdikdən sonra elm sahəsində elə bir dərəcə və məqama çatır ki, dillə onu bəyan etmək çətindir.

Mərhum Şüştəri hörmət əlaməti olaraq mərhum Şeyx Murtəza Ənsarinin fiqh və üsul dərsində, Şeyx Ənsari də həftədə bir dəfə mərhum Seyyid Əlinin əxlaq dərsində iştirak edərdi.

Şeyx Murtəza Ənsarinin vəfatından sonra, Şuştəri onun tədris işlərinə öhdədarlıq etməyə başlayır və dərsləri Şeyx Ənsarinin qaldığı yerdən başlayır. Amma əcəl ona da aman vermir və altı aydan sonra fani dünya ilə vidalaşır.

Ənənəvi ustad-şagird silsiləsinin halqaları Mərhum Şüştəriyə və sonda həmin toxucu kişiyə gəlib yetişir. Amma toxucu kişinin kim olduğu, kiminlə əlaqə saxladığını və bu maarifi (mənəvi elm) hardan və necə əldə etdiyi haqda heç kimə bir şey bəlli deyil.1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin