«Təkid etməyin»
Bir gün Samirra şəhərinin zəvvarlarından üç fəqir kişi Mirzə Şirazinin məclisinə gəlib kömək istədilər. Mirzə onlardan birinə iyirmi qran, digərinə beş qran və üçüncüsünə isə heç nə vermədi.
İkinci şəxs çox təkid edirdi ki, beş qran artıq alsın və üçüncü şəxs də öz etirazını bildirdi. O iki nəfər deyirdilər:
Biz hər üçümüz dost və birgəyik. Üçümüzün də yemək-içməyə ehtiyacımız olduğu halda niyə bizim aramızda fərq qoyursunuz?
Mirzə dedi:
Sizin öz istəyinizə görə, mən bu işi gördüm (yəni özünüz istədiniz ki, pulunuz bərabər və eyni olsun). Bundan artıq rüsvay olmağınıza da təkid etməyin.
Amma onlar yumşaq dillə razılaşmayıb, artıq pul almaq üçün israr etdilər. Mirzə Şirazi xidmətçilərdən birini çağırıb əmr etdi ki, onların cibləri və əyin-başlarını axtarsınlar. Axtarışdan sonra məlum oldu ki, iyirmi qran verdiyi birinci şəxsin kisəsində beş qran, beş qran verdiyi ikinci şəxsin kisəsində iyirmi qran və heç nə vermədiyi üçüncü şəxsin kisəsində isə iyirmi beş qran var imiş.
Buradan məlum oldu ki, Mirzənin onların arasındakı bərabərlik nəzəri nə imiş.1
Dostları ilə paylaş: |