AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə55/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   51   52   53   54   55   56   57   58   ...   134

«Təntənani halvası»


Rəhmətlik Şeyx Ağabüzürg Tehrani yazır:

Seyyid (böyük arif Molla Hüseynqulu Həmədaninin şagirdi) Əhməd Kərbəlayi çox vaxt xəlvətə çəkilib namazını qılar və Camaatın ona iqtida etməsindən çəkinərdi. Allahın xofu və vüsalına rəğbətdən daim ağlar, belə ki, hətta namazda göz yaşlarını saxlaya bilməzdi. Xüsusilə də gecə nafilələrini qılanda ixtiyarsız ağlayırdı. Neçə il onunla qonşu olmaq mənə nəsib oldu. Evlərimiz yaxın idi. Bu müddətdə ondan qəribə hadisələr müşahidə etdim ki, hamısını qeyd etməli olsam söz uzun çəkər. Anasına çox kömək edərdi və anasından qabaq dünyasını dəyişdi.”2

Ölümündən sonra bir gecə onu yuxuda gördüm. Onun şəhadət barmağından möhkəm tutub dedim: Allahın sənə lütf etdiyi dərəcələrdən mənə də bir şey bəyan elə. Barmağını tez əlimdən çəkib, gülümsünərək dedi: “Təntənani halvası yeməsən bilməzsən!”1

Kinayə ilə demək istəyirdi ki, bərzəx aləminin dərəcə və ləzzətləri dadmalı və görməlidir, deməli yox.



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin