«Hamam, daha vacib idi»
Ağa Rəzəvi buyurur: Bir dəfə rəhmətlik Bidabadi (Şeyx Məhəmməd Cavad) Mədinəyə getmək qəsdi ilə Buşehr yolu ilə Şiraza gəlir və iki aya yaxın orada qalır. Şirazda Əli Əkbər Məcarənin evində qonaq qalan Şeyxin gədiyini eşidən şəhərin elm adamları, onun elm xəzinəsindən bəhrələnmək üçün günün üç vaxtı camaat namazına gəlib onun başına toplaşardılar.
Bir dəfə mənə cənabət qüsulu vacib oldu. Sübh azanından sonra hamam qəsdi ilə evdən çölə çıxdım. Yolda Şeyxul-islam Məhəmməd Baqirlə rastlaşdım.O, sübh namazına Bidabadinin yanına gedirdi. Mənə dedi:
Gəl birlikdə gedək. Utandığımdan bir söz deməyib, ona qoşularaq yola düzəldim. Öz-özümə dedim: Hələ vaxt çoxdur, Bidabadi ilə əlüstü salaməleyk edib sonra hamama gedərəm.
Bidabadilə görüşərkən əvvəl Şeyxül-islam hal-əhval tutub bir kənarda oturdu. Sonra isə mən salaməleyk dedim. Əl tutub görüşəndə, yavaşca məni sinəsinə sıxıb qulağıma belə pıçıldadı:
“Hamam, daha vacib idi!” Onun bu sözündən bədənim əsdi. Qızarıb, başımı aşağı salaraq çölə çıxdım. Şeyxül-islam dedi:
Ağa Bidabadi, Rəzəvi hara gedir? Bidabadi astaca buyurdu:
İşiniz olmasın, onun daha vacib işi var.2
Dostları ilə paylaş: |