AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə63/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   59   60   61   62   63   64   65   66   ...   134

«Feyzin kitabı daha yaxşıdır»


Ayətullah Musa Şubeyri Zəncani, Axund Molla Əli Həmədanidən nəql edir ki, Mirzə Cavada məclislərin birində buyurdu:

Hər kəs məsum imamlardan (ə) birini yuxuda görmək istəsə, gərək bir gün oruc tutub iftardan sonra, yatmadığı vaxt yüz dəfə “Qul huvəllah”, ya “İnnə ənzəlnahu” surəsini və ya hər ikisini oxusun. (hansı surəni oxumaqdan tərəddüd bizdəndir). Mən (Mirzə Cavad) bir kitab yazmışdım. Çapdan qabaq gördüm ki, həmin mövzuda Feyz Kaşani də bir kitab yazıb. Tərəddüdd idim ki, Feyzin kitabı ola-ola, mənim kitabımın çap olması nə dərəcədə düzgündür.

Tərəddüddən qurtarmaq üçün bir gün oruc tutub yuxarıda göstərilən tövsiyəyə əməl etdim. Həzrət Sadiqə (ə) təvəssüldən sonra Həzrətdən (ə) yuxuda sualıma cavab istədim. Yuxuda o Həzrətdən (ə) soruşdum ki, mənim kitabım yaxşıdır, yoxsa Feyzin? Həzrət (ə) dinməyib sükut etdi. Ərz etdim: Siz də sual verəni cavab verməkdən məhrum edirsinizmi? Həzrət buyurdu:

Feyzin kitabı daha yaxşıdır. Bundan sonra mən daha öz kitabımı çapa vermədim.1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin