AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə69/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   65   66   67   68   69   70   71   72   ...   134

«Eşidən qulaqlar»


Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, “Səfinətül-bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:

Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına möminlərin qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum yerdən bir az uzaqda qulağıma dəvə nəriltisi dəydi. Sanki dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu ki, bütün qəbristanlığı lərzəyə salmışdı.

Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox idi. Sakitcə hərə öz işini görürdü.

Yəqin etdim ki, bu zalım bir adamın cənazəsidir ki, ölümünün ilk mərhələsində bu aqibətə düçar olmuşdur. Yəni dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini görüb qorxuya düşmüş, fəryad qopartmışdır. 1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin