AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə75/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   71   72   73   74   75   76   77   78   ...   134

«Şəfaverici nəfəs»


Etibarlı dostlarımdan biri deyirdi:

Şeyx Həsənəli İsfəhani ölən günü, bir nəfər məsihi qadın cənazənin yolu üstündə başına-sinəsinə döyüb şivən qoparırdı.

Dedim:

Məgər sən məsihi deyilsən? Axı bu kişi müsəlman ruhanisidir. Dedi:

Mənim yanımda olan bu iki qızım bir-iki il bundan qabaq çarəsi tapılmayan xəstəliyə tutulmuşdular. Nə qədər dəva-dərman elədik, bir xeyri olmadı. Hətta amerikalı həkimlərə də göstərdik, bizi məyus etdilər. Get-gedə xəstəlikləri şiddətləndi və ölümcül vəziyyətə düşdülər.

Müsəlman qadın olan qonşumuz bizim bu halımızı görüb dedi:

Xəstənizin şəfası üçün Noxudəki kəndinə gedin və İsanəfəsli Həsənəli İsfəhanidən kömək diləyin. Dedi ki, mənim bu çadramı da sal başına get ora.

Əlacsızlıqdan onun çadrasını başıma salıb soruşa-soruşa gedib şeyx olan kəndə çıxdım. Gördüm şeyx qapının qarşısında oturub və bir dəstə hacəti olanlar da ətrafında əyləşiblər.

Mən də öz dinimi izhar etmədən dərdimi söylədim. Dedi:

Bu iki ənciri götür, həmin o qonşuluğundakı müsəlman qadına ver. De ki, dəstəmazlı halda bunları qızlara yedizdirsin. Dedim:

Yeməyə halları yoxdur. Dedi:

Suda qarışdırın həll olsun, qarışıq suyu içirin.

Şəhərə qayıtdım və əncirləri həmin müsəlman qadına verdim. Dəstəmaz alıb əncirləri suda həll etdi və mənim xəstə qızlarımın boğazına tökdü. Gözlənilmədən bir-neçə dəqiqədən sonra gözlərini açdılar və şəfa tapdılar. Bəli belə bir insan bizim aramızdan gedib.1
Ruhul-Qüdsün feyzi əgər mədəd buyursa

Məsiha edəni hər bir kəs edərdi.



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin