«Düzgün gəlmir!»
... Həmçinin cənab Tac nəql edirdi:
Bir gün minbərdə bir məsələ ilə əlaqədar şeyx Həsənəli İsfəhaninin kəramətlərindən danışırdım. Minbərdən aşağı enəndə bir nəfər mənə yaxınlaşdı və dedi:
Siz şeyx Həsənəlini heç görmüşdünüzmü? Dedim:
Xeyr. Dedi:
Mən onun görüşünə getmişdim və onunla olan görüşdən bir xatirəm var.
Bir neçə nəfər dostlarımla birlikdə Məşhədə ziyarətə getmişdik. Məşhəddə olarkən dostlarım dedilər ki, şeyx Həsənəlini ziyarət etmək və bəzi həcətlərimizi söyləmək üçün Noxudəki kəndinə getməyi planlaşdırmışıq. Məni də dəvət etdilər ki, gəl sən də bizimlə gedək.
Mən dedim:
Həzrət imam Rizanın (ə) ziyarətinə gələn adamın ondan qeyrisinə üz tutmağı düzgün deyil. Mən getməkdən boyun qaçırdım. Onlar israr edib dedilər:
Eybi yoxdur, siz bizimlə gəlin, amma şeyxdən bir şey istəməyin. Mən də qəbul edib onlarla getdim.
Şeyx Həsənəlinin qəbulunda olanda dostlarım öz hacətlərini deyib cavabını aldılar.
Mən bir kənarda dayanıb baxırdım. Bu vaxt şeyx məni çağırıb astaca qulağıma dedi:
Kim deyir ki, şeyxin görüşünə getmək Həzrət Rizanın (ə) ziyarəti ilə düzgün gəlmir?!1
Dostları ilə paylaş: |