«Təməl uçuran zikr»
Tədqiqatçı alim Nəraqi “Xəzain” (xəzinələr) kitabında yazır:
Mərhum Mirzə Əbulqasim Mirfənd Rəsəkinin (vəfatı 1059 q.) səfərlərin birində, sakinləri məsihi olan bir şəhərdən yolu düşərək bir müddət orada qalmalı olur.
Günlərin birində bir dəstə adam Mirzənin əqidəsinin (dinini) batil olduğunu isbat etmək üçün ona belə dedilər:
Bizim dinimizin haqq və sizinkinin batil olmasına dəlalət edən şeylərdən biri, məbədlər və ibadətgahlarmızın möhkəm olmasıdır. Belə ki, onların bəzilərinin tikilməsindən 2-3 min il keçməsinə baxmayaraq hər biri olduğu kimi öz istehkamını qoruyub saxlamışdır. Amma gördüyümüz kimi sizin məscidlərinizin binası bir əsrdən artıq qalmır. Bəs bu, ona görə deyilmi ki, həmişə haqq özünü qoruyub saxlayır, amma batil isə aradan gedir? Mirzə cavabında belə buyurdu:
Səbəbi bu deyil. Doğrusunu bilmək istəsəniz, bu binalar (məscid) möminlərin haqq kəlməsinin, saleh əməllərinin və məqbul ibadətlərinin qarşısında taqətsizdir. Buna görə də bizim məscidlərin binası tez uçulub-dağılır. Amma sizin məbədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq kəlməsi asimana ucalmır. Bilin ki, əgər sizin haqqında tərif etdiyiniz məbədlərdən birində bizim haqq ibadət və məqbul dualarımızın səsi ərşə ucalsa, görərsiniz ki, ora da Allahın əzəməti və böyüklüyü qarşısında qorxudan zəlil tək uçub, dağılacaqdır. Onlar dedilər:
Bunu ancaq imtahan etməklə qəbul edirik. Gördüyünüz o məbəd, bizim ən qədim və möhkəm kilsələrimizdən biridir. Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin nəticəsində binada bir uçuq və ya zədə əmələ gəlsə, sənin iddian doğru olacaq. Əks təqdirdə isə gərək bizim dediklərimizin doğru olduğunu təsdiqləyəsən. Mirzə şərti qəbul etdi.
Dəstəmaz aldıqdan sonra cəddinə (Peyğəmbər (s)) təvəssül edib Allah-taaladan ona bu işdə yardım etməsini diləyərək məbədə daxil oldu.
Şəhər əhalisi məbədi dövrəyə almışdı. Mirzə heybət və vüqarla azan və iqamə deyib, təkbirətul-ehrama hazırlaşdı. Bütün vucudunu Allaha tapşırıb, Tur dağındakı ağacın Həzrət Musa (ə) ilə danışıqlarını dilə gətirərək bütün vücuduyla “Allahu Əkbər!” − dedikdən sonra tez oradan çölə çıxdı. Bir göz qırpımında həmin böyük bina uçub yerlə-yeksan oldu. Sanki orada heç əvvəldən bina tikilməmişdi və həmin böyük məbəddən torpaq yığınından başqa bir əsər qalmadı. 1
Dostları ilə paylaş: |