AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə88/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   84   85   86   87   88   89   90   91   ...   134

«Mənim dərsim artıq qurtardı»


... Hava yavaş-yavaş istiləşməyə doğru gedirdi. Nəvvab mədrəsəsinin tələbələri (Məşhəd) cümə axşamı və cümə günləri günortadan keçmiş mədrəsənin kölgəlik bir yerinə xalça-palaz döşəyib sərin olsun deyə, orada otururdular. Mirzə Mehdi İsfəhani də mədrəsəyə gələndə dərsini həmin yerdə keçərdi. Havanın həddən artıq isti olması üzündən hövzənin dərsləri tətil oldu, amma bu dərs davam edirdi. Getməlilər getdi, bu dərsin həvəskarı olanlar qaldı. Həqiqətdə tələbələr iki yolayrıcında qalmışdılar, bir hissəsi öz vətəninə və ya şəhərdən qıraq bir yerə səfər etmək istəyirdi, başqa bir dəstə isə dərsdən ayrılmaq istəmirdi.

Cümə axşamı dərs başa çatanda tələbələr arasında dilli-dilavərliyi ilə tanınan cənab Sədrzadə dedi:

Ağa havalar çox istiləşib, dərsləri tətil etmək istəmirsiniz?

Mirzə İsfəhani dedi:

Siz kafirlik edirsiniz ha... Burda gül-çiçəyin kənarında oturmusunuz və bir belə nemətə küfr edirsiniz. Sabah Məşhədin yaylaqlarından birinə − məsələn tərqəbəyə də getsəniz, neçə gün qalandan sonra başqa bir yerə getmək həvəsinə düşəcəksiniz.

Sonra dedi: “lən tətil lil-dərs” Əlavə olaraq izah etdi ki, “lən” kəlməsi əbədi inkar mənasını verir, bunu dedim biləsiniz ki, tətil söhbəti olmayacaq.

O günün sabahısı, yəni cümə günü mədrəsəyə dərs demək üçün gələndə ustadın bütün xüsusi şagirdləri hazır dayanmışdılar. Ustad həmişəkindən fərqli olaraq dərs metodunu dəyişmişdi.

Mirzə Cavad Tehraniyə xitab olaraq (Mirzə İsfəhaninin şagirdlərindən olmuşdur) bir neçə kəlmə söz deyib sonra məbdə və məad, maarifin və etiqadların üsulu haqqında müxtəsər mətləblərə toxundu. Hər iki-üç cümlənin arasında və ya hər mövzudan sonra buyururdu:

Cavad ağa! Mən sizə deyirəm, başa düşürsən nə deyirəm, hükəma nə demişdir?

Artıq mənim dərsim sona yetdi! Siz gərək məndən sonra bu sözləri tələbələrə çatdırasınız, tələbələrə yol göstərəsiniz!

Təqribən bir saata yaxın söhbət bəyan etdi və hər beş dəqiqədən bir yenə deyirdi:

Cavad ağa, bunları sənə dedim, tələbələrin hidayətini sən öz öhdənə götürməlisən.

Xülasə dərs başa çatdı. Bütün şagirdlər təəccüb içində idilər, hər biri ustadın danışığını bir cürə yozurdu. Daha çox da şagirdləri təəccübləndirən bu idi ki, dünən ustad tətili qadağan edirdi, amma bu gün deyir mənim dərsim qurtardı, artıq dərsim yoxdur. Bu əmr hardan gəldi? Yoxsa qeybdənmi işarə oldu? Ustada nə olur? Gələcəkdənmi xəbər verir? Mütləq şəkildə dərslərinin tətil olacağını bildirir.

Yay tətili başa çatdı və hövzənin dərsləri yenidən başladı. Amma ustad daha dərs demirdi. Çox keçmədi ki, ustadın infarkt keçirdiyini və az sonra ürəkağrıdan ölüm xəbərini eşitdik.

Ustadın böyük oğlu Mirzə Əlirza tez özünü yetirdi ki, atasının başı üstündə olsun. Onu saxlayıb dedilər ki, atan infarkt keçirib, yanında hay-küy salmaq olmaz.

Fəryad çəkib dedi:

Atam bu gün sübh öləcəyini xəbər vermişdi. Demişdi mən gedirəm qüsul verməyə, Pərvərdigarımın yanına pak-qüsullü getmək istəyirəm. İcazə verin atamla görüşüb, üzündən öpüm.1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin