AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə96/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   92   93   94   95   96   97   98   99   ...   134

«İmam Hüseynin salamı»


Əllamə Təbatəbai deyir:

Dostlarımdan biri nəql edib deyirdi ki, avtobusla Kərbəlaya gedirdim. İrandan yola düşmüşdüm və mənim kənarımda yan oturacaqda bir cavan əyləşmişdi. Üz-gözündən, geyimindən müasir tipli olduğu görsənirdi və bunun üçün də yol boyu bir-birimizlə kəlmə kəsmədik.

Birdən oğlana nə oldusa hönkürüb ağlamağa başladı. Çox təəccübləndim, soruşdum:

Nə olub, niyə ağlayırsan? Dedi:

Sizə də deməyib, bəs kimə deyəcəyəm.

Mən yol və inşaat mühəndisiyəm. Uşaqlıqdan məni əqidəsiz və dinsiz mühitdə tərbiyə etmişlər və belə bir mühitdə böyüdüyüm üçün dini, axirəti qəbul etmirdim. Amma məzhəbindən asılı olmayaraq dindar adamlara − istər müsəlman, istər xristian olsun − qəlbimdə bir məhəbbət hiss edirdim.

Bir gecə dostlarımla kef məclisi qurmuşduq, gecəni yarıya qədər yeyir-içir, oynayır, yaramaz işlərlə məşğul olurduq. Dostlarımın əksəriyyəti bəhai1 idilər. Belə məclislərdən sonra həmişə özümdə bir narahatçılıq hiss edir, özümdən bərk acığım gəlirdi. Bu dəfə də bir az əylənəndən sonra halım pisləşdi, otaqdan çıxıb yuxarı təbəqəyə qalxdım. Bir müddət həmin yerdə tək qaldım və birdən məni ağlamaq tutdu. Ağlaya-ağlaya dedim:

Ey O kəs ki, adı Allahdır! Əgər varsansa, mənə də bir nəzər sal!

Bir az keçəndən sonra aşağı endim. Gecə tamam olanda hərə qalxıb öz evinə getdi.

Həmin gecənin sabahısı dəmiryol rəisi və neçə nəfər başqa şəxslə işimizlə əlaqədar səfərə çıxmalı olduq. Bir də gördüm uzaqdan nurani bir seyyid (Ayətullah Seyyid Mahmud Zəncani) düz mənə tərəf gəlir. Çatıb salam verdi və dedi:

Səninlə işim var. Söz verdim ki, sabah günortadan sonra görüşünə gedərəm.

O gedəndən sonra yanımda durmuş adamlardan bəzisi dedi:

Bu adam tanınmış və çox hörmətli seyyiddir, niyə etinasızlıqla onun salamının cavabını verdin? Dedim:

Seyyid mənə salam verəndə elə bildim ehtiyacı olduğu üçün mənə yaxınlaşıb, dedim yəqin pul istəyəcək.

Təsadüfən dəmiryol rəisi əmr etdi ki, sabah günortadan sonra bir iş üçün filan yerdə olmaq lazımdır. Tərslikdən o dediyi vaxtla seyyidin görüşü üçün təyin etdiyim vaxt üst-üstə düşürdü. Dəmiryol rəisi mənə lazım olan göstərişləri verib çıxıb getdi. Öz-özümə dedim:

Artıq seyyidlə görüşə bilməyəcəm.

Sabahısı gün rəisin tapşırdığı işin vaxtı yaxınlaşdıqca mən özümü pis hiss etməyə başladım. Yavaş-yavaş qızdırmam qalxmağa başladı və elə hala düşdüm ki, məni aparıb yatağa uzatdılar. Üstümə həkim gətirdilər, həkim baxıb bu vəziyyətlə işləyə bilməyəcəyimi bildirdi. Beləliklə, dəmiryol rəisinin tapşırdığı işdən azad olundum. Elə ki, camaat dağılışıb getdi və rəisin göndərdiyi adam çölə çıxdı, gördüm qızdırmam aşağı enir, çox keçmədi vəziyyətim əvvəlki halına qayıtdı.

Özümü olduqca normal və gümrah hiss etdim, bildim ki, burada nə isə bir sirr var, odur ki, qalxıb birbaşa seyyidin evinə yollandım.

Elə ilk görüşümüzdə mənə üsuliddindən və etiqadi məsələlərdən bir dərs təyin edib dəlil və sübutlarla söhbətə başladı. Dərsin sonunda mən etiqadımı dəyişib mömin oldum. Sonra mənə bir-neçə göstəriş verib dedi:

Sabah yenə də gələrsən. Neçə gün bu minvalla onun yanına getdim. Elə ki, onun müqabilində əyləşdim, olub keçən əhvalatları bir zərrə olsun belə artırıb-azaltmadan mənə söyləməyə başladı. Mənim şəxsi işlərimdən və niyyətimdən elə dəqiq misallar söyləyirdi ki, özümdən başqa heç kimin o işlərdən xəbəri yox idi. Bir müddət seyyidin yanına gedib gəlməyə başladım, bir gün köhnə dostlarım məni qonaqlığa dəvət etdilər. Nə qədər etiraz etsəm də, israr edib əl çəkmədilər. Naçar qalıb dəvətlərini qəbul etdim. Qonaqlıqda istər-istəməz təsir altına düşüb bir anlığa hər şeyi unutdum. Məcbur oldum uşaqlarla mən də qumar oynayım. Sabahısı seyyidin yanına gedəndə dedi:

Heç utanıb ölmürsən ki, belə böyük günahlara batırsan. Sən ki, söz vermişdin? Xəcalət təri məni basdı, peşmançılığımı bildirib göz yaşı axıtmağa başladım, dedim:

Qələt eləmişəm, tövbə edirəm. Dedi:

Get tövbə qüsulu al və bir də belə işlər görmə. Sonra mənə bir-iki tapşırıq verdi. Xülasə o zamandan həyatım, baxışlarım tamam dəyişdi.

Bu hadisə Zəncanda başıma gəldiyi üçün, oradan Tehrana dönəcəyimi bildirəndə seyyid tapşırdı ki, Tehranda bəzi alimlərə baş çəkim. Bir gün seyyid sifariş göndərdi ki, Kərbəla, Nəcəf ziyarətinə səfərə çıxım. Mən bu səfərə seyyidin buyuruğu ilə gedirəm.

Əllamə Təbatəbai hekayənin davamında deyir:

Dostum dedi: İraqa çatmağa az qalmış gördüm yenə bu cavanı ağlamaq tutdu, səbəbini soruşdum dedi:

İndicə İraq torpağına daxil olduq, çünki İmam Hüseyn mənə salam verib, xoşgəldin dedi! 1

Aydındır ki, bu hekayə rəbbani arif Ayətullah Mahmud Zəncaninin də mənəvi dərəcəsinə dəlalət edir. Onun haqqında Əllamə Təbatəbai buyurur:

O, nəfsinə sahib, alim və müraqibə əhli olan birisi idi. Onun tərbiyəsinin bərəkəti nəticəsində Zəncanda bir sıra fəhm və fəzl əhli kamala çatmışdır.

Ayətullah İzzəddin Zəncani onun övladlarından biri olub islam aləmində iftixarla yad edilir. 2



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin